Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Konqresi Co Baydenin impiçmentini təklif edən konqresvumeni cəzalandırıb
ABŞ Konqresi

ABŞ Nümayəndələr Palatasında qıcıqlandırıcı çıxış etməkdə və Demokratlara qarşı şiddəti dəstəkləməkdə ittiham olunan Respublikaçı konqresvumen Marcori Teylor Grinin iki komitədəki vəzifələrindən məhrum edilməsi üçün səsvermə keçirilib.

Bu barədə “Reuters” məlumat yayıb.

Qrinin büdcə komitəsindəki, eləcə də təhsil və əmək məsələləri komitəsindəki vəzifələrindən kənarlaşdırılması üçün, 11 Respublikaçı da daxil olmaqla, Nümayəndələr Palatasının 230 üzvü səs verib.

Marcori Teylor Grin müxtəlif sui-qəsd nəzəriyyələrini dəstəkləməsi ilə tanınır. Bundan başqa, o, Nümayəndələr Palatasında ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsinə başladığı ilk gündə onun impiçmenti ilə bağlı maddə təqdim edib.(apa)

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »