Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sergey Lavrovla Entoni Blinken arasında ilk telefon danışığı olub
Sergey Lavrov

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

"Sergey Lavrov ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. O, həmsöhbətini vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, nazir geniş spektr üzrə konstruktiv dialoqa hazırlığını ifadə edib", - xəbərdə deyilir.

Qeyd edilir ki, Xarici işlər nazirliklərinin rəhbərləri Rusiya və ABŞ prezidentləri arasındakı söhbətin beynəlxalq təhlükəsizlik və strateji sabitlik sahəsində vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək strateji hücum silahların məhdudlaşdırılması ilə bağlı müqavilənin beş il müddətinə uzadılması məmnuniyyətlə qarşılayıblar.

Bundan başqa, Rusiya və ABŞ rəsmilərinin telefon danışığında silahlanmalar üzərində nəzarətə də toxunulub.

Tərəflər həmçinin Ukraynada vəziyyəti və Suriyada və Liviyada münaqişələrin sülh yolla nizamlanmasına köməyi müzakirə ediblər.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
Son xəbərlər
Bütün xəbərlər »