Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 5 fevral, 2021
Günün ulduz falı: 5 fevral, 2021
Bizimyol.info qoroskop həvəskarlarına 5 fevral, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Bu gün həm iş, həm təhsil, həm də hər hansı bir faydalı fəaliyyət üçün yaxşıdır. Diqqətinizi cəmləşdirmək asan olacaq, şərtlər başladığınız işi tez bir zamanda bitirməyinizə imkan verəcək. Əməkdaşlıq barədə danışıqlar apara bilərsiniz. Yeni bir komandada işləmək asan və xoş olacaq. Əvvəllər sırf işgüzar münasibətlər daha az formal xarakter alacaq.

Unutmayın: günün ilk yarısı vacib işlər və mürəkkəb problemləri həll etmək üçün yaxşıdır. İkincisi hissədə sadə və xoş bir məşğuliyyətlə başınızı qarışdırmaq, fikrinizi dağıtmaq daha faydalı olacaq.

Qoç - Tələskənlik zərər verəcək. Səhərlər gərgin anlar, əhəmiyyətsiz məsələlərlə bağlı narahatlıqlar ola bilər. Bəzi Qoçlar həmişəkindən daha əsəbi olacaqlar. Ancaq saatlar keçdikcə müsbət tendensiyalar güclənəcək, həyat öz yoluna düşəcək.

Günortadan sonra çətin işlər də daxil olmaqla yeni işlərə girişmək üçün uyğun vaxtdır. Bu vaxt ünsiyyət üçün də əlverişlidir; insanlarla yaxşı münasibət quracaqsınız. Yeni müttəfiqlər tapmaq asanlaşacaq; onlar yalnız köməkçi deyil, həm də əsl dost olacaqlar. Romantik sürprizlər gözləməyə dəyər.

Buğa - Düşünmək üçün əlverişli bir gündür - çətin suallara cavab axtarın. Başqalarının görmədiyi şeyləri daha rahat görəcəksiniz, buna görə də düzgün nəticələr çıxaracaqsınız, səhv etməyəcəksiniz. Əvvəllər hər hansı bir tövsiyəyə məhəl qoymayan insanlar da məsləhətlərinizə qulaq asmağa hazır olacaqlar. Çətin vəziyyətdə olanlara kömək etmək imkanınız olacaq.

Uğurlu təsadüflər mümkündür. Çox güman ki, xoş və gəlirli bir işbirliyinin və ya uzunmüddətli dostluğun təməlini qoyacaq tanışlıqlar baş tutacaq. Pul gəlirləri və qiymətli hədiyyələr istisna deyil. Sizə borcu olanların köhnə borcları qaytarması mümkündür.

Əkizlər - Hər şey istədiyimiz kimi olmayacaq, amma planların dəyişməsi sizi əsəbiləşdirməyəcək və çətin vəziyyətdə qoymayacaq. Yeni şəraitdə sürətlə hərəkət edəcəksiniz, baş verənlərdən necə faydalanacağınızı təxmin edəcəksiniz. Uzun müddət yerindən tərpənmənə bilməyən bir işdə böyük irəliləyiş ola bilər.

Köhnə və yeni tanışlar həvəslə kömək edəcəklər, siz xahiş etmədən özləri təşəbbüs köstərəcəklər. Gözlədiyiniz ziyarətlər mümkündür, bunu görməkdən çox məmnun olacaqsınız. Qonaqlar xoş xəbərlər gətirəcəklər. Günün ikinci yarısı yaxın gələcəkdə həyata keçirəcəyiniz yaxşı fikirlər üçün uğurlu zamandır.

Xərçəng - Bu gün başqalarının işləri ilə demək olar ki, öz işlərinizdən daha çox məşğul olacaqsınız. Ətrafınızdakı insanlar tez-tez kömək, məsləhət və mənəvi dəstək üçün sizə müraciət edəcəklər. Həqiqətən başqaları üçün çox faydalı işlər görə bilərsiniz, ancaq öz maraqlarınızı unutmamalısınız.

Gününüzü xüsusilə səmərəli keçirməyə çalışın: bu dəfə böyük uğur qazanmaq üçün bir şansınız olacaq. Cəsarətli təcrübələr uğur gətirə bilər. Qazandığınız uğurlar diqqətdən kənarda qalmayacaq, xoş təəssürat yaratmağa çalışdığınız insanlar tərəfindən diqqətlə qarşılanacaq.

Şir - Hər şey dərhal nəticə vermir, amma inadkar və əzmkar olsanız, hədəflərinizə çatacaqsınız. Gözlədiyinizdən də yaxşı nəticələr əldə etmək şansınız var, amma bunun üçün yaradıcı olmalı, adi çərçivədən kənara çıxmalısınız. Yeniliklərdən çəkinməyin, ağlınıza gələnləri həyata keçirməkdə cəsarətli olun.

Gün yaxınlarınızla ünsiyyət qurmaq üçün faydalıdır; həm dostlarla görüşlər, həm də romantik münasibətlər xoş əhval gətirəcək. Sevdiyiniz birini sevindirmək və ya sizin üçün çoxdan cazibədar olan birini təəccübləndirmək üçün bir fürsətiniz olacaq. Sevdiyiniz biri haqqında yəqin ki, yaxşı xəbər eşidəcəksiniz.

Qız - Gün sürprizlərlə dolu olacaq. Hamısı xoş təəssürat yaratmayacaq. Çünki gözləmədiyiniz halda ortaya çıxan sürpriz problemləri həll etmək üçün vacib işləri təxirə salmaq qanınızı qaralda bilər. Müsbət münasibətləri qorumağa çalışın. Çox güman ki, axşama qədər hər şeyin sizin üçün ən yaxşı şəkildə formalaşdığı ortaya çıxacaq.

Günortadan sonra vacib məsələləri müzakirə etməyə dəyər. Bu anda başqaları ilə ortaq bir dil tapmaq çox asan olacaq. Kömək gözləmədiyiniz insanlar tərəfindən dəstəklənməyiniz mümkündür. Bəzi Qızlar əvvəllər rəqabətdə olduqları insanlarla ortaq fəaliyyətləri paylaşacaqlar.

Tərəzi - Bu gün üçün planlarınızı çeviklik üzərində qurmağa çalışın: bir çox sürprizlər, yeni tapşırıqlar və vəzifələr, eləcə də iclaslar həyatınıza girə bilər. Buna görə də bəzi məsələlərin sonraya təxirə salınması lazım olacaq.

Uzaqdan gələn bəzi xəbərlər son zamanlar haqqında ehtiyatla düşündüyünüz işləri görmək üçün sizə ilham verəcək. Qohumlar səylərinizi dəstəkləməyə, planlarınızın həyata keçirilməsində kömək etməyə hazır olacaqlar.

Bəzi çətin sualları müzakirə etmək, güvəndiyiniz bir insanla birlikdə suallara cavab axtarmaq üçün bir fürsətiniz olacaq. Tanış gələn vəziyyətlərə baxışlarınız dəyişəcək.

Əqrəb - Diqqətinizi ətrafdakı insanlara və işlərə cəmləmək çətin olacaq. Bir çox işlər diqqət tələb edəcək, min cür detalı başınızda saxlamalı olacaqsınız. Amma səhv etməkdən, vacib detalları unutmaqdan və qarışdırmaqdan çəkinməyi bacaracaqsınız.

Kiçik detalları görməyə çalışın. İndi əhəmiyyətsiz görünən məsələlər sonradan böyüyə bilir.

Ətrafınızdakı insanlar həyatınıza həmişəkindən daha çox müdaxilə edəcəklər. Bu əvvəlcə cansıxıcı ola bilər, amma sonradan baş verənlərdən necə faydalanacağınızı başa düşəcəksiniz. Gözləmədiyiniz şəraitdə pul gəlirləriniz ola bilər.

Oxatan - Həmfikir insanlarla ünsiyyət, peşə və şəxsi planları müzakirə etmək üçün əlverişli bir gün olacaq. İndi hadisələrin necə inkişaf edəcəyini asanlıqla proqnozlaşdıra bilərsiniz, buludlara yüksəlməyən, real olan hədəflər qoyun qarşınıza. Gün maddi baxımdan yaxşı olacaq. Pul qazancınız ola bilər və faydalı şəkildə istifadə edəcəksiniz. Planlaşdırılmamış alış-veriş etmək üçün imkanınız olacaq.

Günortadan sonra görüşlər üçün yaxşı vaxtdır. Romantik bir əhval-ruhiyyəyə köklənmək asan olacaq. Maraqlandığınız bir insanla söhbət etmək üçün çoxlu mövzularınız olacaq.

Oğlaq - Məhsuldar bir gündür. Xüsusilə intellektual iş üçün çox uyğundur. Yaxşı fikirlər ortaya çıxacaq, başqaları üçün tamamilə qeyri-mümkün görünən ideyaları həyata keçirməyin yollarını tapacaqsınız. Daha əvvəl heç vaxt birlikdə işləmədiyiniz insanlar da daxil olmaqla hamı ilə sözhbətləriniz yaxşı alınacaq. Mümkündür ki, sizə yeni bir iş və ya əlverişli şərtlərlə əməkdaşlıq təklif edilsin.

Unutmayın: bu gün imiciniz çox vacib şəkil alacaq, ona görə də mükəmməl görünməyə çalışın. Qeyri-adi uğurlar qazana bilərsiniz. Uzun müddət sizi sevindirəcək qərarlar verməyiniz mümkündür.

Dolça - Xoş əhval vəd edən gündür. Mürəkkəb olanlar da daxil olmaqla bir çox işlərdə bacarıqlı olacaqsınız. Çox vaxt bacarıq və həyat təcrübəsi başqalarının geri çəkilməli olduqları yerdə sizi irəliyə aparacaq. Qələbələriniz diqqəti cəlb edir; onların sayəsində müttəfiqlər tapacaqsınız və ya nüfuzlu insanlarla dostluq münasibətləri quracaqsınız.

Yaxşı, gəlirli sövdələşmələr mümkündür. Bəzi Dolçalar çoxdankı hobbilərini gəlir mənbəyinə necə çevirəcəklərini düşünəcəklər. Çox güman ki, sizə yeni bir iş qurmağa ilham verəcək bir insanla qarşılaşacaqsınız.

Balıq - Narahat olacağınız bir şey yoxdur: gün yaxşı keçəcək, ulduzlar sizin tərəfinizdədir. Tamamilə yeni problemlər ortaya çıxsa da, tez bir həll yolu tapacaqsınız. Çox məmnun qalacağınız gözlənilməz görüşlər istisna deyil. Köhnə əlaqələri bərpa etmək, mübahisədə olduğunuz insanla barışmaq üçün bir fürsət yaranacaq.

Əvvəllər sizi aşağı qiymətləndirən insanlar fikirlərini dəyişəcəklər, çox şeyə qadir olduğunuzu başa düşəcəklər. Uzun müddət sizin üçün cazibədar olan birinə doğru addım atmaq üçün doğru gündür. Romantik münasibətlərdə təşəbbüskar ola bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »