Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə indikiləri yox, sabiqləri tuturlar?..
Səlim Müslümov

Sosial şəbəkələrdə son günlərin əsas müzakirə mövzularından biri növbəti keçmiş nazirin saxlanmasıdır. 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olmuş Səlim Müslümov üç maddə ilə ittiham olunur. Onun haqqında 4 aylıq qətimkan tədbiri seçilib.

Bizimyol.info xəbər verir ki, Səlim Müslümov Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. Keçmiş nazir əlillər üçün nəzərdə tutulan yaşayış evlərinin inşasına ayrılmış vəsaiti mənimsəməkdə, müxtəlif şöbə müdirlərinin hər birindən 30 min manata qədər rüşvət almaqda ittiham olunur.

Rəsmi materiallarda Səlim Müslümovun mənimsəmə ilə məşğul olduğu xüsusi qabardılır. Amma sosial şəbəkələrdəki rəylərdən görünür ki, heç kim buna təəccüblənmir. Çünki Səlim Müslümovla bağlı zaman-zaman xeyli iddialar səslənib, onun villalarından, biznes şəbəkələrindən danışılıb, yazılıb. İctimai fəal Mehman Hüseynov hələ 2016-cı ildə nazirin malikanələrinin birindən reportaj hazırlamışdı. Bloger təmir mərhələsini keçən evin içinə yol tapmışdı. Görüntülər malikanəyə milyonlarla vəsait xərcləndiyini ortaya qoyurdu. Hələ onda anlamaq çətin deyildi ki, Səlim Müslümov vəzifəsini vicdanla həyata keçirmir, dövlət vəsaitini mənimsəyir. Bunun üçün 5 il gözləməyə ehtiyac yox idi. Cəmiyyətə diqqətlə qulaq asmaq yetərdi ki, nazirin heç də dürüst işləmədiyi müəyyənləşsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elə öz əsasnaməsində yazılan müddəaların əksərinin öhdəsindən gəlməməsi gerçək durumu göstərirdi.

Mehman Hüseynov həmin malikanədən yenə video paylaşıb. Bu dəfə dronla görüntülər verilib. Malikanənin tamamlanmaması diqqəti çəkir. Amma milyonlarla qiyməti olan ev Səlim Müslümovun sərvətinin kiçik parçasıdır. Qarşıdakı günlərdə ortaya hələ çox malikanələr çıxacaq, biznes şəbəkələri müzakirə mövzusu olacaq. Halbuki məmurların böyük əksərinin necə sərvət toplaması bu ölkədə heç kimə sirr deyil. Elə hazırda da həmin nazirliyin necə işlədiyi hər kəsə bəllidir. Bəs nədən hüquq-mühafizə orqanları nelə bu dəqiqə hərəkətə keçmirlər, 5 il sonranı gözləyirlər?

Kiminsə dövlət əmlakını mənimsədiyini dilə gətirmək üçün həmin şəxsin haqqında qətimkan tədbirinin seçilməsini gözləməyə ehtiyac yoxdur.

Ölkədə nə qədər əlil, imkansız şəxs evsizlikdən, şəraitsizlikdən əziyyət çəkir. Ən adi sosial qayğıların öhdəsindən gələ bilməyən minlərlə vətəndaş var. Xəstələr qalır, sağlamlara pensiya təyin olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Ayrı-ayrı məmurlar heç nədən çəkinmədən sərvət toplayır. Belə davam edə bilməz. Ölkədə gerçəkdən də belə hallara qarşı mübarizə aparılırsa, bunu vətəndaş hiss etməlidir. Vətəndaşın illərlə dediyi reallıq xeyli müddətdən sonra rəsmi təsdiqini tapmamalıdır. Kim ölkəyə, xalqa zərər vurursa, elə bu gün cəzasını almalıdır. Sabaha qalırsa, deməli, yolu düz getmirik.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »