Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üç ölkədən diri quş və quşçuluq məhsullarının idxalına qadağa qoyuldu
Azərbaycana üç ölkədən bəzi ət məhsullarının gətirilməsi qadağan olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən "Report"a verilən məlumata görə, Hindistan Respublikasının Maxaraştra (Maharashtra) və Qücərat (Gujarat), Uelsin Anqlesey (Anglesey) və Almaniya Federativ Respublikasının Bavariya (Bavaria) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Hindistan Respublikasının Maxaraştra və Qücərat, Uelsin Anqlesey və Almaniya Federativ Respublikasının Bavariya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Hindistan Respublikasından, Uelsdən və Almaniya Federativ Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Əsəd bəyin evinin bərpa layihəsi - Video
Son xəbərlər
Bütün xəbərlər »