Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngəzurda daha bir ev Azərbaycana təhvil verilib
Gorus sakini: “Azərbaycanlılar bir kilometrliyimizə qədər yaxınlaşıblar”

Sərhədlərin müəyyənləşdirilməsi prosesi hələ də davam edir. Zəngilanın, Qubadlının, Naxçıvanın keçən əsrin 90-cı illərinin əvvəllərində zəbt edilmiş torpaqları Azərbaycana qaytarılır.

Ermənistan mətbuatı bu məsələyə xüsusi diqqət ayırır. Hələ kəndlər Azərbaycana təhvil verilməmişdən əvvəl yerli kənd icmalarından müsahibələr götürülür, reportajlar hazırlanır.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatı bu dəfə Zəngəzurun Şurnuxu və Urud kəndlərini tərk edən ermənilərin aqibətindən söz açıb. Gorus-Qafan yolunun kənarında məskunlaşmış Ermənistan vətəndaşları Azərbaycanın nəzarəti altında yaşamaq istəməyib. Onların əksəriyyəti ölkənin başqa yerlərində yaşayan qohumlarının yanında məskunlaşmağı seçib. Paytaxt İrəvana gedənlər də olub.

Yerli mətbuat yazır ki, Şurnuxuda 11, Urudda 1 ev Azərbaycana təhvil verilib. Bundan başqa, bəzi tikililər də yerli sakinlərin əlindən çıxıb.

Şurnuxu və Uruddan gedən ailələr üçün qarşıdakı 6 ay ərzində yeni evlərin inşası nəzərdə tutulub. Yazıda dəqiq yer göstərilməyib. Bu 6 ay ərzində hər ailəyə ayda 68 min dram (təxminən 130 dollar) veriləcək. Bundan başqa, ailələr birdəfəlik 300 min dram (təxminən 580 dollar) ala biləcək.

Hələ yanvarın ortalarında Urud kənd icmasının rəhbəri Suren Ohancanyan “Faktİnfo”ya demişdi ki, sərhədlərin yenidən müəyyənləşdirilməsi nəticəsində ikimərtəbəli ev azərbaycanlılara qalıb. Bu gün isə Ermənistan mətbuatı həmin evin artıq Azərbaycana verildiyini təsdiqləyib.

Azərbaycan nümayəndələri Şurnuxu kəndində Azərbaycan nümayəndələri Şurnuxu kəndində

Onda yerli məmur 326 hektar torpaq sahəsi itirdiklərini bildirmişdi. Ohancanyan şikayət edirdi ki, xeyli təsərrüfat əldən çıxır. Kənd icmasının rəhbəri Ermənistan hökumətinin camaata dəyən zərəri ödəməli olduğunu deyirdi.

Urud kəndinin tarixi əsrlər əvvələ gedib çıxır. Hələ 450-ci il mənbələrində Urud qalasının adına rast gəlmək mümkündür. Qalanı 1104-cü ildə Səlcuqlular, 1386-ci ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif fəth edib. Urud kəndinin yaxınlığındakı məzarlıqda orta əsrlərə aid qəbirlər var.

Kənd 1988-ci ildə Ermənistanın əlinə keçib. Onda burada yaşayan bütün azərbaycanlılar qovulmuşdu. 1988-ci ilin noyabrında Uruddakı son 18 azərbaycanlı kənddən çıxmağa məcbur edilmişdi.

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
››› Ermənistan çıxış yolunu Azərbaycanda görür - Video
Son xəbərlər
Bütün xəbərlər »