Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda onkoloji xəstələrin sayı açıqlanıb
Xəstəxana

“Azərbaycanda ümumilikdə 52 718 bədxassəli onkoloji xəstə rəsmi qeydiyyatdadır”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Baş onkoloqu Azad Kərimov deyib. O bildirib ki, həmin xəstələrdən 18 578-i 5 ildən yuxarı yaşayan şəxslərdir: “Onların arasında 30 il xərçəng xəstəsi olanlar da var. Bura vaxtında gəlib, müalicə alıb, öz sağlamlığına qarşı laqeyd olmayan insanlar şamil edilir”.

A. Kərimov qeyd edib ki, ötən il 49 154 onkoloji xəstə qeydə alınıb: “Qadınlarda süd vəzisi və uşaqlıq boynunun xərçəngi geniş yayılıb. Kişilərdə isə ağciyər, traxeya və prostat vəzinin xərçənginə daha çox rast gəlinir. Bu, dünya ölkələrində də belədir”.

Onun sözlərinə görə, statistik məlumatlar verilərkən demoqrafik göstəricilər nəzərə alınmalıdır: “Əgər 2006-cı ildə Azərbaycan əhalisi 7 milyon idisə, hazırda 10 milyonu keçib. Əhali çoxaldıqca yalnız onkoloji deyil, ürək, nevroloji, şəkər, digər xəstəliklərin hamısında artım müşahidə olunur. Azərbaycanda ürək-damar xəstəlikləri birinci yerdədir”.

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Vaksin varsa, sərt karantin niyə var?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »