Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan nümayəndə heyətini təsdiqlədi
Nikol Paşinyan

Ermənistanın baş nazir Nikol Paşinyan, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağ üzrə işçi qrupun erməni tərəfdən nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Hökumətin saytında dərc olunan sərəncama əsasən, baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun həmsədri, xarici işlər nazirinin müavini Armen Qevondyan isə onun müavini təyin edilib.

İşçi qrupun tərkibinə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan, iqtisadiyyat nazirinin müavini Varos Simonyan (xarici iqtisadi əlaqələrdən məsul), Dövlət gəlirləri komitəsi rəhbərinin müavini Şuşanik Nersisyan, Baş qərargahın əməliyyatlar şöbəsinin rəisi Edvard Asryan və Milli Təhlükəsizlik Xidmətinin nümayəndəsi S.Sarkisyan (iqtisadi təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini) daxildir.

Xarici İşlər Nazirliyinin Avrasiya departamentindəki Rusiya bölməsinin rəhbəri Artur Qriqoryan Ermənistan tərəfdən işçi qrupunun katibi olacaq.

Dəmir yolu və avtomobil kommunikasiyaları üzrə də profil qrupu da yaradılacaqdır. Ermənistandan bu qrupa Armen Simonyan rəhbərlik edəcək, qrupun tərkibində "Cənubi Qafqaz Dəmir Yolun”un direktoru (Rusiya Dəmir Yollarının törəmə şirkəti) Aleksey Melnikov və onun müavini Oleq Şatalov da daxil olacaq.

Daha bir xüsusi qrup isə nəqliyyat təhlükəsizliyi və sərhəd nəzarəti məsələlərinin müzakirəsi ilə məşğul olacaq. Dövlət Gəlirləri Komitəsi sədrinin müavini Şuşanik Nersisyan Ermənistan tərəfindən rəhbər olacaq.(virtualaz.org)

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »