Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dəhşətli və müəmmalı intiharlar…
Intihar

Son bir ayda baş verən intihar hadisələri cəmiyyətdə müəyyən narahatlığa səbəb olub. Xüsusilə gənc yaşda insanların intihar etməsi bu narahatlığı bir qədər də artırır.

Sosial şəbəkələrdə intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi hallarına rast gəlinir. Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər.

Mütəxəssislər intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacibliyini diqqətə çatdırırlar.

Bizimyol.info-ya açıqlama verən psixoloq İlhamə Musaqızı bildirib ki, intihar edən mülki şəxslərin və hərbçilərin səbəbləri fərqlidir.

Psixoloq İlhamə Musaqızı İlhamə Musaqızı

“Bəli, soz zamanlar intiharların sayı durmadan artır. Amma gəlin biz Vətən müharibəsindən sonra intihar edənləri digər insanlarla qarışdırmayaq. Çünki səbəb və vəziyyətləri tamamən fərqlidir. Ümümiyyətlə, hər bir müharibədən gələn qazilərimizə psixoloji dəstək lazımdır. İstər həmin insan nitq qabiliyyətini, ayağını ve yaxud digər orqanını itirmiş olsun, istərsə də fiziki sağlam olsun. Şüuraltına keçid edən stress və gərginlik, fiziki məhdudiyyət yaratmasa belə travmaya səbəbdir. Müharibədən evlərinə döndükdən sonra qonşu, qohum, tanışlar tərəfindən müharibə ilə bağlı ona verilən suallar, mövzular da onları neqativə kökləyir. Buna görə biz durmadan açıqlama veririk ki, könüllü psixoloqlar fəaliyyət göstərir. Mütləq müraciət etsinlər”,-deyə psixoloq bildirib.

O, təəssüflə qeyd edib ki mülki şəxslər, xüsusən gənclər arasında da intiharların sayı durmadan artır: “Sanki insanlar mübarizə aparmaqdan beziblər, ölüm adiləşib və qorxusuz hala gəlib. Səbəbini araşdırsaq çox nüuansla qarşılaşarıq. Ən böyük səbəb isə bizim sosial şəbəkələrə çox bağlı olmağımızdır. Orada və ya filmlərdə gördüklərimizi reallığımıza çevirmək istəməyimizdir. Bu yaxınlarda bir mövzu ilə bağlı mənimlə əlaqə saxlamışdılar. Deməli bir xanım baxdığı filmdə, özünə qəsd edəcəyini söyləyib qorxutmaq məqsədi ilə sevdiyi insanla ailə qurur. Və bunu real həyatda da etməyə çalışır. Burada problem yalnız baxdığı filmdəki fragment deyil, eyni zamanda bir insanın öz həyatını necə qiymətsiz tutmasından irəli gəlir. Xüsusi ilə də pandemiya dövründə insanlar heç olmadıqları qədər aqressiv oldular və bunun səbəbi hər kəs üçün fərqlidir. Sosial şəbəkədə gördükləri həyata çox marağı olan və “Niyə onda var, məndə yoxdur” hissi xüsusi ilə gənc qızlarımızı düzgün yönəltmir. Hirs hər bir insanda olmalıdır, yaşamaq istəyirsənsə mübarizə aparmalısan. Lakin bu anlayış son dövürdə yanlış anlaşılır. Qızlarımız düşüncələrində yaxşı yaşayacam deyə heç sevmədikləri, tanımadıqları adamlarla münasibət yaşayıb sonda üzülürlər… Bununla bağlı hər zaman qınaq obyektinə valideynlər çevrilir, lakin bu belə deyil. Çünki yaşadığımız dövrdə hər şey tamamən fərqli anlayış daşıyır”.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »