Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Putin rədd cavabını qəbul etməyən keçmiş sevgilidir"
Vladimir Putin

Vladimir Putin ABŞ üçün keçmişdə qalıb. Artıq ABŞ-ın gündəmi Rusiya deyil, Çindir. Putin sadəcə, bir Moskva "mafioz"udur.

Bizimyol.info xəbər verir ki, "The New York Times" qəzetinin anaitiki Tomas L. Fridman belə düşünür.

Fridman yazır: "Bir vaxtlar Rusiya Sovet İttifaqının özəyi idi. SSRİ-nin əhalisi indi Putinin idarə etdiyi Rusiyadan iki dəfə çox idi. Sovet İttifaqı bizim üçün çox vacib idi - bir vaxtlar bütün Avropanı fəth etmək və dünyaya kommunizmi yaymaqla təhdid etmişdi. Amma o zamanlar çoxdan keçib. Bu gün ən vacib qlobal rəqibimiz Çindir".

Onun fikrincə, Putin "təhlükə" adlanmaq üçün o qədər də əhəmiyyətli deyil: "Putin bizim üçün heç də əhəmiyyətli deyil. O, Sovet İttifaqı dövründən qalma bir sinir zəhəri ilə rəqiblərinin alt paltarına hücum edən Moskva mafiozudur. O öz adamlarını Aleksey Navalnını aradan götürmək üçün göndərən birisidir.

Rusiyada etirazlar, Novosibirsk, 22 yanvar, 2021 Rusiyada etirazlar, Novosibirsk

Rusiya bir zamanlar dünyaya Tolstoy, Çaykovski, Raxmaninov, Dostoyevski, Saxarov və Soljenitsın kimi simaları bəxş edib. Putinin Rusiyası tarixdə dünyaya zəhərlənmiş siyasətçilər verməklə yadda qalacaq.

Ancaq xalqını insan haqlarından yayındırmaq və hakimiyyəti əlində saxlamaq üçün Putin özünü Rusiyanı və onun ortodoksal xristian mədəniyyətini "əxlaqsız və tanrısız" Qərbdən qoruyan böyük bir müdafiəçi kimi təqdim edir. Və əhəmiyyətini rusların gözündə artırmaq üçün bizi təqib etməyə davam edir. Seçkilərimizə müdaxilə edir, şirkətlərimizə təsir göstərir, bütün bunları bir təbəssümlə inkar edir və bir çox amerikalıların Donald Trampı prezidentliyə onun gətirməsi barədə uydurmalara inanmasından zövq alır.

Bu, Amerikalı planlaşdırıcılar üçün yeni bir strateji problemdir. Rusiya artıq bir supergüc deyil, supertrol kimi davranır. Özünü rədd cavabını qəbul etməyən keçmiş sevgili kimi aparan Putinlə necə davranmaq lazımdır: “Vlad, daha səndən xoşumuz gəlmir. Biz artıq başqası ilə - Çinlə görüşürük. İmkanımız olsaydı, sənin bizdən 5000 mil məsafədə qalmağını tələb edən məhkəmə qərarı çıxartdırardıq.

Gerçək dünyada ölkələr başqalarının almaq istədiklərini istehsal edərək inkişaf edirlər. Belə bir dünyada Putinin yeddi əsas ixracatı bunlardır: neft və qaz (52 faiz), dəmir, qiymətli metallar, avadanlıq və kompüterlər (2,1 faiz), ağac, gübrə və dənli bitkilər. Bu qədər böyük insan resursuna sahib olan bir ölkə üçün bu, təəssüf doğurur. Bu gün Rusiya kosmik stansiyası olan "çar iqtisadiyyatı", nüvə arsenalı və hakerləri olan Doktor Jivaqodur. Rusiyadan qaçan elm adamları İsraili və Silikon Vadisini texnoloji fövqəldövlətlərə çevirdilər.

Sonuncu dəfə nə vaxt Rusiya istehsalı olan kompüter, smartfon və ya proqram tətbiqi almısınız? Rus avtomobili? Rus saatı? Rusiya istehsalı olan bir kommersiya təyyarəsi? Onunla uçmaqdansa avtobusla getmək istərdim. Qərbdə hamının xoşladığı Rusiya ixracatları kürü, araq və matryoşkalardır. Amma biz artıq onların hamısından doymuşuq.

Niyə bu belədir? Çünki Putin yer altından hasil olunanlara xalqının başından daha çox güvənir. Beləliklə, insan qaynaqları deyil, təbii qaynaqlarla təchiz olunmuş bir petro-avtokratiya qurub. Sonra da o pulları özünü və şəriklərini hakimiyyətdə saxlayan diktatura mühərrikini yağlamaq üçün istifadə edir, gəncliyi öz potensialını həyata keçirmək üçün alətlərdən və azadlıqlardan məhrum edir.

Elə isə Bayden bu geopolitik dikbaşla necə mübarizə aparmalıdır? Cavab: Navalnı ilə həmrəylik şəraitində ucuz hərbi mövcudluq və irimiqyaslı diplomatiya. Rusiyada belə fikirlər səslənir ki, artıq Krım üslubunda davam edərək Rusiya sərhədinə yaxın əraziləri ələ keçirmək və birləşdirmək cəhdinə hazırlaşmaq lazımdır. Böyük ehtimalla Estoniyada və ya Latviyada yaşayan etnik ruslardan istifadə edərək bu ərazilərə müdaxilə etmək cəhdi olacaq və bununla NATO-nu "kağız üzərində pələng" kimi ifşa edəcəklər. İndi Bayden Trampın ABŞ qoşunlarının təqribən üçdə birini Almaniyadan çıxarmaq əmrini ləğv etməlidir. NATO-nun Baltikyanı üzvlərini, Estoniya və Latviyanı gücləndirmək üçün ən uyğun zaman gəlib çatıb".

Co Bayden və Vladimir Putin Co Bayden və Vladimir Putin

Və nəhayət, Baydenin Putinə göndərə biləcəyi bir çəkindirici mesaj var - Trampın artıq burada olmadığını xatırladan bir xəbərdarlıq: "Vlad, bir axşam Kremldəki bütün kompüterlər işini dayandıracaq və Qızıl Meydanda səsgücləndiricilərdən "ABŞ-da doğulanlar" mahnısı eşidiləcək". ABŞ-ın Kiber Komandanlığı bununla mesaj verməlidir ki, əgər Putin həqiqətən də bizim üçün önəmli olsaydı, nələr edə bilərdik".

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »