Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyar Eyvazov: Vaksin olunanların sayı artdıqca müsbət nəticələr də özünü göstərəcək
Təyyar Eyvaziov

Artıq bir neçə həftədir ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşısını almaq üçün peyvəndləmə prosesi aparılır.

Bizimyol.info xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazovun verdiyi məlumata görə, vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər. Onun dediyinə görə, bu prosesdən sonra yoluxma hallarının sayında azalma gözlənilir: “Hələlik vaksinasiya edilənlər yalnız bir inyeksiya alıblar. İkinci inyeksiya ediləndən sonra bir müddət keçməlidir ki, orqanizmdə infeksiyaya qarşı anticisimlər formalaşsın. Yalnız həmin prosesdən sonra vaksinasiyanın ilk nəticələrini görmək olar. Vaksin olunanların sayı artdıqca müsbət nəticələr də özünü göstərəcək”.

İnfeksionistlər peyvəndləmənin vacib olduğunu hesab edirlər, çünki peyvənd virusun mövcud forması ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir.

“Vaksin vurulandan sonra da xəstələnmək mümkündür. Bu, bir tərəfdən inyeksiyadan sonra az müddət keçdiyinə görə vaksinin öz təsirini göstərməməsi və qoruyucu anticisimlərin formalaşmaması ilə əlaqədar ola bilər. Yaxud peyvənd olunandan sonra əmələ gələn immunitetin zəifləməsi nəticəsində baş verə bilər”, - deyə baş infeksionist bildirib.

İmmunitet zəifləyirsə, peyvənd olunan şəxsdə əmələ gələn anticisimlərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac var. Buna görə də sanitar və gigiyenik qaydalara mütləq şəkildə əməl olunmalıdır.

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Ermənilərin əksəriyyəti Qarabağa qayıtmağı düşünmür
Son xəbərlər
Bütün xəbərlər »