Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhalini sığortadan yayınma cəriməsi gözləyir
Sorğu - məmur

"2019-cu ilin oktyabr, noyabr aylarında sığortalanmaya böyük tələb müşahidə edilsə də, yanvar - fevral aylarından bu günə qədər, demək olar ki, daşınmaz əmlakın sığortalanması üçün heç kim müraciət etməyib".

Bu barədə Bizimyol.info saytına Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Vüqar Hüseynli məlumat verib.

Vüqar Hüseynli Vüqar Hüseynli

O, qeyd edib ki, daşınmaz əmlakın icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun Xüsusi hissəsinin I fəslinə uyğun tənzimlənir. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir.

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən, şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur: " Yaşayış evlərinin zəlzələyə və ya təbii fəlakətlərə qarşı sığortalanması icbaridir. Azərbaycan mənzillərin sığortlanmasına görə, 3 bölgəyə bölünüb.

Belə ki, böyük şəhərlər üçün - yəni Bakı şəhəri üçün sığorta şirkətləri tərəfindən 25000 manatlıq təminat verilir. Bu qanunla tənzimlənir və bütün risklərə qarşı sığorta haqqı illik 50 manatdır. Bunu 365 manata böldükdə isə, günlük 14 qəpik düşür. Bu isə gündəlik xərclərlə müqayisədə az məbləğdir".

Ekspert vurğulayıb ki, ikinci dərəcəli böyük şəhərlər Sumqayıt, Gəncə və Mingəçevir şəhərləridir. Bu şəhərlər üçün sığorta şirkətləri tərəfindən 20000 manat sığorta məbləği nəzərdə tutulub. Bunun üçün isə cəmi 40 manat sığorta pulu ödənilir: "Digər bölgələr üçün isə sığorta məbləği 15 min manat nəzərdə tutulur. Onlar üçün isə, illik sığorta haqqı 30 manatdır".

V. Hüseynlinin sözlərinə görə, mənzilini sığorta etdirmək istəyən vətəndaşların sığorta şirkəti axtarıb, ora getməyinə ehtiyac yoxdur. Çünki artıq sığortalanma elektrondur. Bunun üçün internetdə lisenziyası olan istənilən sığorta şirkətinə müraciət etməklə sığortalanmaq olur. Sifariş elektron formada olur və elektron sığorta şəhadətnaməsi yazılır. Müştəriyə isə, kağız formasında çatdırılır.

Ölkədə 500 mindən çox yaşayış evi olmasına baxmayaraq, sənədi olmayan evləri sığortalamaq mümkün deyil. Daşınmaz əmlakın sığortlanması üçün əmlakın hərhansı bir sənədi olmalıdır: " Reyster xidmətindən elektron çıxarış olmasa belə köhnə sənədlərlə də sığortalamaq olar. Yəni hər hansı sənəd vətəndaşın mülkiyyətini təsdiq edirsə, həmin sənəd qəbul olunur. 2011-ci ilə qədər evlərin sığortalanması üçün konkret olaraq, şəhadətnamə tələb olunurdu. Ancaq 2011 –ci ildə edilən dəyişiklikdən sonra, artıq əsas mülkiyyəti təsdiq edən sənəd varsa o sənədlə sığorta etmək olar. Təbii ki, elektron çıxarışlar bizim işimizi asanlaşdırır".

Mütəxəssis əlavə edib ki, vətəndaşlar əmlaklarını zəlzələyə və ya hər hansı bir təbii fəlakətə qarşı sığortalamağa meyilli deyillər.

"Keçən il sığorta şirkətləri mənzillərin sığortalanması prosesinə başlamışdı. Bir aktivlik müşahidə edilirdi. Çox zaman qaz partlayışları, su basmaları və sair bu kimi hallarda hər kəs icra hakimiyyəti orqanlarına və ya Prezident Administrasiyasına müraciət edir. Ancaq vətəndaş özü heç bir təşəbbüs göstərmir. Halbuki, belə bir qanun var və qiymətlər də o qədərdə yüksək deyil. Hesab edirəm ki, hər bir vətəndaş gündə 14 qəpik ayıra bilər. Azərbaycandakı bu məbləğ dünya ölkələri ilə müqayisədə simvolik olsa da, insanlar buna meyilli deyil"-deyən V. Hüseynli bildirib ki, ötən il daşınmaz əmlakın sığortlanaması prosesi həyata keçirilərkən, vətəndaşlara sığortalanmaya meylli olmayan şəxslərin cərimə ediləcəyi barədə məlumatlar verilirdi. Bu səbəbdən də vətəndaşlar evlərini və daşınmaz əmlaklarını sığortalamağa başlamışdı.

Ancaq cərimə mexanizmi hələ müəyyən edilmədiyi üçün sığortalanmalar dayandı.

Mütəxəssis vurğulayıb ki, ildə 50 manat ödəməklə, vətəndaşlar əmlaklarını sığortalamaqla, gələcəkdə yaşanıla bilən hər bir bədbəxt hadisədən sığortalaya bilərlər.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »