Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ ordusu buraxılır - Balasanyan təsdiqlədi
Vitali Balasanyan

"Qarabağ hakimiyyəti sərhədlərimizin qorunması üçün müqavilə əsasında peşəkar bölmələrin təşkili ilə məşğul olur", - "Qarabağ Təhlükəsizlik Şurası"nın katibi Vitali Balasanyan yerli televiziyaya bildirib. Bununla da o, Qarabağ ordusunun buraxılacağına dair şayiələri dolayısı ilə təsdiqləyib.

Azərbaycanlı əhalinin Xankəndiyə və Xocalıya qayıdacağı haqda deyilənləri şərh edən Balasanyan bildirib ki, bu, şayiədir. Eyni zamanda o vurğulayıb ki, bu, yaxın vaxtlarda baş verməyəcək.

Beləliklə, Nikol Paşinyan və Araik Arutyunyanın Qarabağ Silahlı Qüvvələrinin buraxılmasına razılıq verməsi barədə erməni müxalifətinin məlumatları təsdiqlənməyə başlayır.

Qeyd edək ki, ötən həftə separatçıların lideri Arutyunyan Moskvaya səfər edib və orada Rusiyanın güc strukturlarının nümayəndələri ilə görüşüb. Qayıdandan sonra bəyanat verib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində hər hansı statusu ola bilməz.(Turan.az)

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »