Britaniyada qəza nəticəsində komaya düşmüş 19 yaşlı gənc 11 ay sonra ayılıb baş verənləri anlamaqda çətinlik çəkib.
Bizimyol.info The Sun-a istinadən xəbər verir ki, Staffordşir qraflığında yaşayan Cozef Flavill ötən ilin martın 1-də kamillik imtahanına hazırlaşarkən avtomobil qəzasına uğrayıb. ( imtahanı verə bilmədiyinə görə də , ölkə qanunlarına əsasən 19 yaşı olmasına baxmayaraq, hələ də gənc yox, yeniyetmə hesab edilir). Ağır kəllə beyin travması alan gənc 11 ay komada qalıb və bu müddətdə iki dəfə koronavirusa yoluxub. Pandemiya barəsində yalnız oyanandan sonra məlumatlanıb.
Valideynləri deyir ki, Cozev əl və ayaqlarını yüngülcə tərpədir, danışa bilməsə də deyilənlərə sadəcə təbəssümlə cavab verə bilir. O bütün pandemiya dövrünü yuxuda keçirib. Deyilənlərə inanmağıə gəlmir.
Qeyd edək ki ÜST ötən il martın 11-də pandemiya elan edib. Bütün dünyada 104,3 milyon insan yoluxub.
İlhamə