Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Eyni zamanda üz və əl köçürülən xəstənin görüntüləri heyrətə saldı - Foto
həkim -   əməliyyat

ABŞ-da tibb elminin möcüzələrindən sayılacaq bir əməliyyatın uğurlu nəticəsi təqdim edilib. Nyu Cersi ştatında yaşayan 22 yaşlı Co Dimeonun qəza nəticəsində bədəninin 80 faizi yanmış, əlləri tamamilə işlək funksiyasını itirmişdi. Üzü tamamilə tanınmaz hala düşən Co yardım almadan hərəkət edə bilmirdi. Ötən ilin avqustunda 23 saat davam edən əməliyyat zamanı Coya eyni zamanda həm üz, həm də 2 qol köçürüldü. Demək olar ki bir sutka davam etmiş əməliyyatlara 140 –dan çox mütəxəssis həkim qatıldı.

Əl və üz köçürülməsi

Həkimlər əməliyyatlar zamanı 3D texnologiyasından istifadə ediblər. Bu günlərdə Co Dimeonun əməliyyatı ilə bağlı təqdimat keçirilib. Daha öncə üz köçürmə , əl köçürmə əməliyyatları baş tutsa da, sonralar bu əməliyyatlar müxtəlif mürəkkəbləşmələr nəticəsində uğursuzluğa düçar olmuşdu. Conun əməliyyatından sonrakı bu aylar ərzində hər hansı bir problem qeydə alınmayıb. O üzünü və əllərini rahatlıqla işlədə bilir. Co bildirib ki, artıq yeni əlləri ilə iş görüb, həyatını xilas edə biləcək. Üzünə gəlincə isə, insanlar daha ondan qorxmur. Yeni simaya alışmaq psixoloji baxımdan çətin olsa da, o yeni bir həyat başladığına, ikinci dəfə doğulduğuna inanır.

İlhamə

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »