Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusun yayılma sürəti azalır
Maska

ABŞ-da COVID-19-a yoluxma və bunun nəticəsində xəstəxanaya yerləşdirilmə hallarının sayı azalır.

“Report” xəbər verir ki, bu barədə “The Hill” Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) direktoru Roşel Valenskiyə istinadən yazıb.

“Görünür, artıq davamlı azalan trayektoriya üzrə hərəkət edirik”, - o deyib.

R.Valenskinin sözlərinə görə, koronavirusa yoluxmada gündəlik artım yanvarın 8-də pik nöqtəyə çatıb, ardından 13,4% azalıb.

O, yanvarın 26-dan fevralın 1-dək gündə orta hesabla 144 min yeni yoluxma hadisəsi qeydə alınıdığını bildirib.

Mərkəz direktoru ölüm sayının artmağa davam etdiyini, lakin ölüm tempinin yavaşladığını vurğulayıb.

Qeyd edək ki, ABŞ-da yanvar ayında COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilmə və ölüm hallarının sayı rekord həddə çatıb. Belə ki, 120 min nəfər xəstəxanaya yerləşdirilib, 95 min nəfər ölüb.

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »