Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı hüquq müdafiəçisi Solovyovu məhkəməyə verdi
Vladimir Solovyov

Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Komitəsinin (CIPDH) Azərbaycan üzrə komissarı vəzifəsini icra edən, ehtiyatda olan zabit, politoloq Elçin Axundzadə ötən il oktyabrın 19-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə və Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şəbəsinin müdiri Fuad Ələsgərova rusiyalı televiziya aparıcısı, jurnalist Vladimir Solovyova qarşı cinayət işi başlanılması xahişi ilə müraciət etmişdi.

Bizimyol.info-ya açıqlama verən Elçin Axundzadə bildirib ki, o fevralın 1-də Solovyova qarşı cinayət işi başlanılması xahişinə əsasən ifadə vermək üçün Respublika Baş Prokurorluğunun Baş İstintaq İdarəsinə dəvət edilib.

Elçin Axundzadə Elçin Axundzadə

Elçin Axundzadə müraciətində, Solovyovun Qarabağdakı müharibənin müzakirəsinə həsr etdiyi proqramlarında açıq-aşkar ermənipərəst mövqe tutaraq, yalnız Azərbaycan qanunvericiliyini pozmadığını, xarici muzdluları açıq şəkildə Ermənistanın hərbi heyətinə qoşulmağa çağırdığını, Azərbaycan xalqını və Prezidentini təhqir etdiyini əsas götürərək iddia qaldırıb.

“Jurnalist Dağlıq Qarabağı “Artsax” adlandıraraq, publik şəkildə Azərbaycanın ərazi bütövlüyünə şübhə altına alırdı.Solovyovun qanunları pozduğu bütün epizodları əks etdirən ifadəmi yazdım. Bununla əlaqədar Baş İdarədə araşdırma başlayıb. Azərbaycan qanunlarını və beynəlxalq hüquq normalarını pozan hər kəs əməllərinə görə cavab verməlidir. Mən bu döyüş meydanında hələlik təkəm. Ermənilər informasiya müharibəsini davam etdirirlər və revanş arzularını açıq elan edirlər. Biz susub otura bilmərik”,- deyə Axundzadə bildirib.

Qeyd edək ki, bir müddət öncə Solovyovun sosial şəbəkələr üzərindən verdiyi açıqlama Azərbaycanda böyük rezonans doğurmuşdu. Belə ki, o Azərbaycana nifrətini arvadının ona həmyerlimiz olan bir tərəvəz satıcısının xəyanəti ilə əlaqələndirmişdi.

“Məni Azərbaycana nifrət etməkdə və erməniləri dəstəkləməkdə suçlayırlar. Ancaq nahaq yerə... Axı niyə başqa mövqe tutmalıyam? Siz mənim Azərbaycana qarşı nifrətimin səbəbini bilirsiniz? Birinci arvadımın mənə məhz bir azərbaycanlı ilə xəyanət etdiyini hələ də unuda bilmirəm, arvadımın mənə xəyanət etdiyi oğlan adı tərəvəz satıcısıydı. Bu məqam mənim üçün hədsiz aşağılayıcıdır...”

Əslində bu Solovyovun qərəzli mövqeyinin etirafıdır, əlbəttə əgər erməni diasporundan külli miqdarda pul alaraq böhtan və iftira atmaq cinayətini ört – basdır etmək istəmirsə.

İlhamə Rəsulova

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »