Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uhanda yoxlama aparan ÜST-ün ingilis nümayəndəsindən etiraf kimi açqılama gəldi
Uhanda yoxlama aparan ÜST-ün ingilis nümayəndəsindən etiraf kimi açqılama gəldi

Xəbər verdiyimiz kimi Ümumdünya Sağqlıq Təşkilatının (ÜST) bir qrup nümayəndəsi uzun sürən razılaşmalardan sonra Çinin Uhan şəhərində yerləşən Virologiya İnstitutunun laboratoriyalarını təftiş etməyə icazə alıb.

Artıq 1 həftədir davam edən araşdırmalarda məqsəd koronavirusun yayılma və yaranma səbəbləri üzərindəki iddiaları araşdırmaqdır. Dünya maraqla ÜST nümayəndələrinin araşdırmalarının nəticələrini gözləyir. Nümayəndə heyətinin ingiltərəli üzvü doktor Peter Dazsakın verdiyi açıqlama hamını heyrətləndirib. Əvvəllər virusun qəsdən yaradılmasına inanmadığını deyən doktor indi əksini düşünməyə başlayıb. O, bir çoxlarının iddia etdiyi kimi, koronavirusun laboratoriyada xüsusi məqsədlərlə yaradılması barədə nəzəriyyələrin gerçək ola biləcəyini söyləyib.

Peter Dazsak Peter Dazsak

Doktor bəyan edib ki, heyət istədiyi şöbələri araşdırmaqda çətinlik çəkib, bunun üçün onlara maneələr törədilib.

EcoHealth Alliance təşkilatının üzvü olan doktor Dazsak araşdırmalar zamanı yarasa qadın kimi tanınan çinli doktor Shi Zhengli ilə birlikdə laboratoriyada 3 saat tədqiqat aparıb.O tədqiqatlar zamanı faktlar ortaya qoymağa imkan verən məlumatlar topladığını və komplo nəzəriyyələrinin boşuna yaranmadığını qeyd edib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp dəfələrlə koronavirusu Çin virusu adlandırmış, qəsdən yaradıldığını söyləmişdi.

Uzun müddətdir 2002-2003-cü illərdə yayılmış SARS virusunu araşdırmaq üçün yaradılmış laboratoriyatda virus arxivi yaradılması və burda əldə edilmiş yeni növ virusun hansısa yolla bayıra sızması nəticəsində yaranmış pandemiya iddiaları səslənməkdəydi və əgər iddialr doğru olsaydı Çin külli miqdarda maddi təzminat ödəməli olacaqdı.

Doktor Dazsak Sky News telekanalına verdiyi açıqlamada bildirib ki, komissiya bütün dünyanı maraqlandıran mövzuda suallar soruşmağa davam edəcək. “Tapdığımız faktlar və məlumatlar bizi hara aparsa oranı ən incə detalına qədər araşdıracağıq. Çin bu dəfə əvvəllər olmadığı qədər açıq davrandı və əksər məlumatları bizimlə paylaşdı. Əminəm ki bu bizi virusun çıxış nöqətsinə götürəcək”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »