Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş verənlər Putini qorxudub: Rusiya qlobal internetdən ayrılır
Aleksey Navalnı, Vladimir Putin

Rusiyanın siyasi səhnəsində sakitlik pozulub.

Aleksey Navalnının Vladimir Putinin Gəlincik şəhəri yaxınlığındakı böyük malikanəsinə, dövlət vəsaitlərindən  necə bəhrələnməsinə aid hazırladığı sənədli film ölkədə rezonans yaradıb. Ardıcıl iki şənbədir böyük etiraz aksiyaları keçirilir. Ölkəyə qayıdan Navalnının aeroportda həbs olunması ümumi mənzərəyə ayrı çalar qatır.

Bizimyol.info xəbər verir ki, bütün baş verənlərin fonunda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin söylədikləri xüsusilə maraq doğurur. O, ölkənin qlobal internet şəbəkəsindən ayrılmaq planı haqda danışıb. Heç şübhəsiz ki, Medvedevin bu fikri siyasi səhnədə baş verənlərlə birbaşa bağlıdır.

Medvedev deyib ki, Rusiyanın özünün ölkə internet seqmentini texniki baxımdan təmin etmək üçün imkanı var: “Amma işin bura gəlib çıxmasını heç kim istəməzdi. Təkcə texniki yox, həm də qanunvericilik baxımından bu prosesə hazırıq”.

“Əl-Ayn” yazır ki, Rusiyanın bu addımı ABŞ-dan asılı olmamaq istəyindən doğur. Qlobal internet şəbəkəsi Amerikanın nəzarətindədir. Əsas sosial şəbəkələr də Qərb dünyasında yaradılıb. Bu məqam Rusiyanı çox narahat edir. Heç kimə sirr deyil ki, avtoritar ölkələrin az qala hamısında etiraz aksiyalarının, inqilabların əsas təkanverici qüvvəsi sosial şəbəkələr olur. Uzağa getmədən Belarus hadisələrini xatırlamaq kifayətdir. Rusiyadakı etiraz aksiyalarında da sosial şəbəkələr böyük iş görür. Məsələnin bu tərəfi isə Kremlin ürəyincə ola bilməz.

Hələ 2019-cu ildə Rusiyada suveren internetlə bağlı qanun layihəsi qəbul olunub. Məhz bu qanunverici akt hakimiyyətə qlobal internet şəbəkəsindən ayrılmaq hüququ verir. Hərçənd, mütəxəssislərin çoxu Kremlin bu vəzifənin öhdəsindən gələcəyinə şübhə ilə yanaşır.

Ümumiyyətlə, qlobal internet şəbəkəsindən ayrılmaq fikri avtoritar rejimlərin az qala hamısında səslənir. Çünki internetdə ifadə azadlığı belə hakimiyyətlər üçün təhlükəlidir. Cəmiyyəti istədiyin kimi idarə etmək və dövlətin vəsaitlərini etirazlar eşitmədən talamaq üçün xüsusi internet şəbəkəsinə ehtiyac var. Rusiyada bunun müzakirə olunmasını bir az da təbii qarşılamaq lazımdır. Vladimir Putin hakimiyyəti dövründə heç vaxt belə böyük və inadkar etiraz aksiyaları müşahidə edilməmişdi. Baş verənlər Putini ciddi şəkildə qorxudub.

Buna görə də Kreml avtoritar hakimiyyətin gələcəyindən narahatdır. İnternetlə bağlı belə bir addım atılsa, heç təəccüblənməyə dəyməz.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinin olduğu deyilən saray

Amma digər məsələ də odur ki, adətən avtoritar rejimlər sosial şəbəkələrdən öz məqsədləri üçün idtifadə edirlər. Onların vasitəsilə cəmiyyətdə narazılığın səviyyəsini ölçürlər. Bu baxımdan sosial şəbəkələrin bağlanması avtoritar hakimiyyətlər üçün ictimai rəyin nəzarətdən çıxması deməkdir. Rusiyada da hakimiyyət sosial şəbəkələrdən öz məqsədləri üçün istifadə edir.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »