Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfir Elin Süleymanov Amerika Universitetində onlayn brifinq keçirib - Video
Elin Süleymanov

2 fevral 2020-ci il tarixində Vaşinqtonda yerləşən Amerika Universitetinin (American University) dəvəti əsasında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun 44 günlük Vətən müharibəsinin nəticələrinə həsr olunmuş onlayn brifinqi baş tutub.

Bizimyol.info xəbər verir ki, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, paneldə səfir professor Keyt Dardenin və brifinqə internet üzərindən qoşulan izləyicilərin çoxsaylı suallarını cavablandırıb. Tədbirdən sonra universitet tərəfindən verilmiş məlumata görə bu birifinq Universitetin bu qəbildən olan tədbirləri arasında ən çox izləyici sayı ilə yadda qalmış və marağa səbəb olmuşdur. İzləyicilər arasında çoxsaylı ermənilərin olması diqqət çəkib.

Məlum olduğu kimi, tədbirin keçirilməsi barədə Amerika Universiteti tərəfindən elanlar yerləşdirildikdən sonra erməni radikalları ölkəmizə, ABŞ-dakı Səfirliyə qarşı təhqir və təhdid xarakterli kampaniyaya başlamış, nifrət zəminində ifadələr səsləndirmiş, hətta Universiteti sözügedən brifinqi ləğv etməyə çağırıb. Görünür ki, erməni tərəfi həqiqətlərin ABŞ ictimaiyyətinin və akademik dairələrin diqqətinə çatdırılacağından narahatlıq keçirmiş, hər vəchlə tədbirin qarşısını almağa çalışıb. Ölkəmizə və diplomatlarımıza qarşı sözügedən nifrət zəminində çağırışlar və təhdidlər ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən də rəsmi mövqe bildirilib.

Müzakirələrdə əsasən müharibənin tarixi, səbəbləri, döyüşlərdən sonra yaranmış vəziyyət, Cənubi Qafqaz bölgəsinin gələcəyi məsələlərinə toxunulub. Səfir Ermənistan tərəfinin davamlı olaraq, sülh danışıqlarını pozma cəhdələrindən danışmış, Ermənistanın baş naziri Nikol Paşinyan və sabiq müdafiə naziri Davit Tonoyanın təxribatçı bəyanatları və müharibə ritorikasından bəhs edib. Səfir, eləcə də Ermənistanın 12-14 iyul 2020-ci il tarixində Tovuz istiqamətində ölkəmizə qarşı törətdiyi hərbi təxribatına diqqət yetirib. O, qeyd etmişdir ki, erməni radikalları tərəfindən səslənən təxrribatçı bəyanatlar və ritorika ilk növbədə Ermənistanın öz gələcəyinə zərbə vurur.

E.Süleymanov hal hazırda regionda yeni vəziyyətin yaranması fonunda Azərbaycan və erməni xalqlarının, eləcə də geniş regiounun gələcəyi üçün birgə əməkdaşlığın vacibliyinə vurğu etmiş, nəqliyyat, infrastruktur və iqtisadi layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulamışdır. O, erməni xalqını Azərbaycan və digər qonşularla sülh şəraitində yaşamağavə firavan gələcək seçməyə cağırıb.

Qeyd olunan brifinqlə Youtube səhifəsindən tanış olmaq mümkündür.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› Paşinyan xalqı meydana çağırdı: Rusiya Paşinyanı cəzalandırır, yoxsa hakimiyyət dəyişir? - Ekspertlərdən şərh
Son xəbərlər
Bütün xəbərlər »