Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da 95 yaşlı kişi qocalar evində atəş açdı
ABŞ polisi

ABŞ-ın Kolorado ştatında polis qocalar evinin 95 yaşlı kirayənişinini həbs edib. Bu barədə yerli “Denver Channel” telekanalı bildirib.

Məlumata görə, buna səbəb onun silahlı insident törətməsi olub. Yerli polisin informasiyasına əsasən, hadisə Denverdən 35 kilometrdə məsafədə yerləşən Lafayett şəhərində olub. Qocalar evinin sakini odlu silahdan atəş açaraq müəssisənin əməkdaşını ağır yaralayıb. Polis əməkdaşları hadisə yerinə gələn vaxt şübhəli şəxs öz otağında olub. O, saxlanılma zamanı müqavimət göstərməyib. Silahlı insident zamanı yaralanan şəxs kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisəni törədən 95 yaşlı şəxs tapançadan istifadə edib və bir dəfə atəş açıb. Cinayətin başvermə səbəbi hələ məlum deyil.(virtualaz.org)

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
Son xəbərlər
Bütün xəbərlər »