Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Feysbukun messencerində problem yaranıb
Feysbukun messencerində problem yaranıb

Feysbukun ABŞ-dan olan istifadəçiləri sosial şəbəkənin messencer əlavəsinin işində problemlərin olduğunu qeyd ediblər.

Bu barədə məşhur informasiya internet resursların işini izləyən “Downdetector” xidməti bildirib.

Xidmətin məlumatına görə, Amerika istifadəçilərinin 46%-i serverə qoşulma ilə bağlı problemlərlə qarşılaşıblar. İsitfadəçilərin daha 33%-i onlara göndərilən yazıları, mesajları ala bilmirlər, daha 20% ümumiyyətlə messencerə girə bilmir.

Bundan başqa, xidmətin işində nasazlıqlardan Kanada, Böyük Britaniya, Yaponiya və Avstraliyadan olan istifadəçilər şikayət edirlər. Qeyd edək ki, Azərbaycanda da feysbukun messencer əlavəsinin fəaliyyətində problemlər müşahidə edilib. Lakin bu, qısa müddətli olub.(report)

Son xəbərlər
Bütün xəbərlər »