Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messinin müqaviləsi ilə bağlı növbəti qalmaqal
Messi

İspaniya "Barselona"sının kapitanı Lionel Messinin müqaviləsindəki şübhəli detallarda əli olan şəxslərin adları açıqlanıb.

"Report" xəbər verir ki, bu işdə klubun sabiq prezidenti Xosep Mariya Bartomeu və vitse-prezidenti Jordi Mestre ilə yanaşı, hazırda Kataloniya təmsilçisində işini davam etdirən baş direktor Oskar Qrau, prezident vəzifəsini yerinə yetirən Karles Tuskets və hüquq departamentinin rəhbəri Roman Qomes Ponti ittiham olunur.

İddiaya görə, argentinalı hücumçunun 2017-ci ildə imzaladığı 4 illik müqavilə qarşılığında ona 555 milyon avro məvacib ödənilib ki, bu da klubun büdcəsində ciddi kəsir yaranmasına səbəb olub.

"Mundo Deportivo" nəşri hazırda "Barselona"nın ümumi borcunun 1 milyard avronu keçdiyini və bu məbləğin 730 milyon avrosunun qısa müddətdə ödənilməli olduğunu yazıb.

İspaniya mətbuatı iddia edir ki, müqavilə detallarının yayılmasından hiddətlənən Messi "Barselona"nı məhkəməyə verməyi və cari mövsümün sonunda komandadan ayrılmağı düşünür. Həmçinin klub "Mundo Deportivo" nəşri ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır.

Qeyd edək ki, 2005-ci ildən "Barselona"da çıxış edən Messinin klubla müqaviləsi bu il iyunun 30-da başa çatacaq.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
Son xəbərlər
Bütün xəbərlər »