Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski telekanallara sanksiya qərarından danışdı
Vladimir Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski “112 Ukrayna”, “ZİK” və “NewsOne” telekanallarına sanksiya tətbiq edilməsi ilə bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Zelenski ölkəsinin təbliğatı deyil, söz azadlığını dəstəklədiyini bildirib.

“Sanksiya-çəin qərardır. Ukrayna qətiyyətlə söz azadlığını dəstəkləyir, AB-yə və Avroatlantik inteqrasiyaya gedən yolda Ukraynanı sarsıdan, təcavüzkar bir ölkə tərəfindən maliyyələşdirilən təbliğatı deyil. Müstəqillik uğrunda mübarizə informasiya müharibəsində həqiqət və Avropa dəyərləri uğrunda mübarizə deməkdir”, - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, bu gün Ukraynanın Ali Radasında “Həyat Üçün- Müxalifət Platforması” bir sıra Ukrayna telekanallarına tətbiq olunan sanksiyalarla əlaqədar olaraq Prezident Vladimir Zelenskiyə qarşı impiçment prosesini başladacağını bəyan edib.

Eyni zamanda, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak, televiziya kanallarına tətbiq olunan sanksiyaların senzuradan ibarət olmadığını, əksinə təbliğatla mübarizə məqsədi daşıdığını söyləyib. Mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenkonun da fikrincə, "112 Ukrayna", “ZIK” və “NewsOne” "Kremlin təbliğat alətləri" kimi informasiya terrorizmi ilə məşğul olmuş və Ukraynanın təhlükəsizliyini təhdid ediblər.

Xatırladaq ki, Zelenski dünən Milli Təhlükəsizlik və Müdafiə Şurasının “112”, “Newsone”, “ZİK” televiziya kanallarına qarşı beş il müddətinə sanksiya tətbiq edilməsinə dair qərarın icrasına göstəriş vermişdi. Bu göstərişdən sonra həmin kanallar yayımı dayandırmışdılar.

Paylaş »
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Vaksin varsa, sərt karantin niyə var?
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »