Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan əhalisi Rusiyaya qaçır: "Vətəndaşlar ölkədən soyuyub"
İrəvanda Respublika meydanında mitinq

Rusiya ilə hava əlaqəsinin bərpası Ermənistanın daha bir böyük problemini ortaya qoydu. Ölkədə minlərlə insan bu günü gözləyirmiş. Ermənistanda Rusiyaya böyük mühacir köçü yaranıb. İnsanlar hər yerdə təyyarə bileti axtarır.

Bizimyol.info xəbər verir ki, Ermənistanda hökumətə yaxın media camaatı sakitləşdirməyə çalışır. Yazılarda qarışqadan fil düzəldildiyi bildirilir. Amma gerçəklik ortadadır. Rusiyaya kütləvi axın başlayıb.

Hələ Azərbaycanın aktiv əməliyyatları zamanı bu prosesin anonsu verilirdi. Ermənistan cəmiyyəti çox sarsılıb. Azərbaycan qarşısında ağır məğlubiyyət, iqtisadi vəziyyətin çox pisləşməsi insanlarda inamsızlıq yaradıb. İndi Ermənistanda nəzərəçarpan əksəriyyət ölkədən getməyi ən azı müzakirə edir.

Politoloq, Qafqaz institutunun eksperti Hrant Mikaelyan yerli mətbuata deyib ki, yaxın gələcəkdə Ermənistandan həmişə gedənlər olacaq: “Əhalinin köçü uzunmüddətli xarakter alacaq. Burada aktiv əməliyyatların, Azərbaycanla açıq qarşıdurmanın təkrarlanması ehtimalı, iqtisadi eniş, gələcəklə bağlı perspektivlərin görünməməsi vacib rol oynayır”.

Mikaelyan hesab edir ki, Azərbaycan qarşısında məğlubiyyətdən doğan məyusluq Ermənistan vətəndaşlarını ölkədən soyudub. Amma əvvəlcə ən çox özünü təmin edə bilməyənlər gedəcək: “Bir təhlükə də var ki, hərbi xidmətdən yayınmaq istəyənlər ölkəni tərk edəcək. Ermənistan sakinlərinin Rusiyaya üz tutması təbiidir. Çünki daha çox milli icması olan yerlərə gedirlər. Buna görə Amerikanın payı da çoxdur”.

Etnoqraf Svetlana Poqosyan bildirib ki, Ermənistan hökuməti böyük köçün qarşısını almağa gecikib. Onun fikrincə, ortaya sosial proqramlar qoyulmalı, sərhəd zonasında yaşayanlara ciddi dəstək verilməli idi: “İnsanlar nəyəsə güvənməlidir. Ermənistan əvvəllər təhlükəsiz ölkə sayılırdı. İndi vəziyyət çox dəyişib. İnsanların getmək istəyində bu amil böyük rol oynayır”.

Ermənistan vətəndaşlarının böyük hissəsi Rusiyaya üz tutur. Təkcə 2020-ci ildə 30,5 min şəxs Rusiya vətəndaşlığı alıb. Son illər bu qədər yüksək göstərici qeydə alınmırdı. Hazırda Ermənistanda bir çoxları ölkənin az qala boşalacağını proqnoz edirlər.

Bizim üçün əhəmiyyətlidir deyə yazaq ki, Rusiya vətəndaşlığını seçən azərbaycanlıların sayı 21,9 min olub. Ermənistan əhalisinin bizdən ən azı üç qat az olmasını nəzərə alsaq, deməli, bu ölkədə vəziyyət həqiqətən də çox ağırdır.

Paylaş »
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Prezidentin "məcbur edəcəyik" deməsi Ermənistanı çaşdırıb - Açıqlama
››› Feministlər Bakının mərkəzində aksiya keçirməyə cəhd etdi – Video
››› Kişinin kişi olduğu yerdə qadın üçün hər gün bayramdır
››› İnfarkt keçirən Türkiyənin məşhur aktyoru vəfat etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sarkisyan: “Paşinyan Azərbaycandan icazəsiz Qarabağa gedə bilməz”
Son xəbərlər
Bütün xəbərlər »