Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəribə olay: 13 nəfər gəlinlikdən ZƏHƏRLƏNDİ -Türkiyədə
Türkiyənin Muğla bölgəsində yerləşən geyim mağazalarının birində kütləvi zəhərlənmə qeydə alınıb.

Publika.az xəbər verir ki, geyim mağazasına kuryer tərəfindən gətirilən, içərisində gəlinlik olan qutudan ətrafa yayılan qoxu insanları narahat edib.

Üzəri islaq olan qutunun içərisindən gəlinliyi çıxartmağa çalışan mağaza işçiləri ətrafa yayılan naməlum qoxudan zəhərləniblər.

İçərisində mağaza işçiləri də olmaqla 9 nəfər qusma, ürəkbulanma halsızlıq kimi simtomlarla xəstəxanaya yerləşdirilib.

Gəlinlik və digər geyimlərin olduğu qutular Gigiyena mərkəzindən hadisə yerinə gələn xüsusi geyimli nümayəndələr tərəfindən bağlanılaraq araşdırma üçün Gigiyena İnstitutunda göndərilib.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənən şəxslərə ilkin yardım göstərən 4 tibb işçisi də zəhərlənib.

İlkin olaraq zəhərlənməyə səbəb qutu üzərindəki naməlum maye halındakı maddə olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »