Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
General Onik Qasparyan söyüş söydü, qapını Paşinyanın üzünə çırpdı, işə Arutyunyan qarışdı, amma...
Nikol Paşinyan

Ermənistan mətbuatı bu ölkənin Müdafiə Nazirliyində yanvarın 28-də baş nazir Nikol Paşinyanın iştirakı ilə baş tutmuş və az qala əlbəyaxa davaya çevriləcək görüş toplantı haqda yazır. Həmin gün Ermənistan məğlub ordunun yaradılmasının ildönümünü qeyd edirdi və baş nazir Paşinyan da bu münasibətlər Müdafiə Nazirliyinə yollanmışdı, ordunun yüksək komandan heyəti ilə görüşmək üçün.

“Qraparak” (“Meydan”) qəzeti yazır ki, Müdafiə Nazirliyindəki mənbələr həmin görüşün heç də hamar keçmədiyini danışır. Belə ki, toplantının əsas hissəsi başa çatandan sonra məhdud çərçivədə generalların iştirakı ilə nazirliyin rəhbərlərindən birinin kabinetində ayrıca toplantı olub. Orada Paşinyan yüksək zabit heyətini müharibədəki məğlubiyyətə görə ittiham edib, bu da Baş qərargah rəisi Onik Qasparyanı bərk qəzəbləndirib. Qasparyan söyüş söyüb, qapını çırpıb və otaqdan çıxıb. Onun ardınca adamlar çıxıblar, yola gətiriblər və geri qaytarıblar.

Bu vaxt müdafiə naziri Vaqarşak Arutyunyan “çıxış etməyə” başlayıb, Paşinyana nümayiş etdirməyə çalışıb ki, situasiyaya nəzarət edir. Arutyunyan hədələyərək deyib ki, bu cür addımlar atanları cəzalandıracaq. Lakin bu zaman toplantıda iştirak edən yüksək rütbəli zabitlər dərhal ona yerlərindən müdaxilə ediblər, başa salıblar ki, səsini kəsib yerində otursun, çünki heç nəyi həll etmir. Söhbət o dərəcədə kəskinləşib ki, Nikol Paşinyan barışdırıcı rolunu üzərinə götürüb, özünün qızışdırdığı münaqişəni yatırmağa və yoluna qoymağa çalışıb.

Əlbətdə, Paşinyan baş verənləri “udmayıb”, insidentdən dərhal sonra Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı cinayət işinin qaldırılmasını tapşırıb. Birinci iş silah alınması üzrə başladılıb və həmin iş üzrə qalmaqallı silah alverçisi David Qalstyan istintaqa cəlb olunub. Amma tezliklə nazirliyin digər yüksək vəzifəli şəxslərinin barəsində də cinayət işinin qaldırılması gözlənilir.(virtualaz.org)

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »