Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nar” sosial izolyasiya dövründə təhsilə dəstək olmağa davam edir
logo Nar

Ölkədə təhsilin inkişafına xüsusi önəm verən “Nar” pandemiya dövründə də alternativ kanallarla təhsilinə davam edən tələbə və şagirdlərə öz dəstəyini göstərir.

Belə ki, mobil operator Azərbaycan Respublikası Təhsil Nazirliyinin xüsusi layihəsi olan və sosial izolyasiya dövründə internetə çıxışı məhdud olan şagirdlər üçün TV üzərindən canlı dərslər yayımlayan “Dərs vaxtı” proqramını rabitə dəstəyi ilə təmin edir.

Proqramda məktəbdə keçirilən bütün fənlərin televersiyası nümayiş olunur və bu teledərslər şagirdlərə ölkənin istənilən yerindən ən təcrübəli müəllimlərin izahı ilə mövzuları öyrənmək üçün unikal imkan yaradır.

Dərsləri həftəiçi hər gün "Mədəniyyət" və "ARB Günəş" telekanallarında izləmək mümkündür. Gündəlik dərs cədvəli ilə burada tanış ola bilərsiniz.

Xatırladaq ki, “Nar” pandemiya dövründə təhsilin davamlılığına dəstək məqsədilə sərfəli “TƏHSİL+” internet paketini təqdim edib ki, bu da şagird və tələbələrin, eləcə də müəllimlərin onlayn dərslərə daha rahatlıqla qoşula bilməsinə imkan yaradır.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »