Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
3 yaşlı uşaq sərbəst yazıb oxuyur... - Video
Sabir Ağaverdiyev

Qobustan rayonunun Sündü kənd sakini 3 yaşlı Sabir Ağaverdiyev öz bilik və bacarıqlarına, dərin hafizə, intellekt və istedadına görə həmyaşıdlarından fərqlənir.

Adətən uşaqlar hərfləri birinci sinifdə öyrənib, tədris ilinin sonunda cümləni hecalayaraq oxumağa başlasa da, Sabir iki yaşından Azərbaycan dilində səlis oxumağı və yazmağı öyrənib. Böyük uşaq kimi oxuyub-yazan bu balacanın səsindəki 3 yaşlı uşağa məxsus şirinlik də öz yerində... Bundan başqa, apardığı riyazi hesablamaları ilə insanları təəccübləndirməyi də bacarır. Quran ayələrini də əzbər bilən bu balaca, eyni zamanda, hansı bayrağın hansı ölkəyə aid olduğunu da söyləyir.

Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri isə xəritədə dəqiq göstərərək, rayonlarımızın adlarını bir-bir sadalayır.(azərtac)

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
››› Ermənistan çıxış yolunu Azərbaycanda görür - Video
Son xəbərlər
Bütün xəbərlər »