Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“WhatsApp” istifadəçiləri üçün – Qərb mediasında yayılan yazı
Sosial şəbəkələr

Almaniyanın “Deutsche Welle” telekanalı öz internet səhifəsi vasitəsilə “WhatsApp” messencerinin istifadəçiləri üçün ingilis dilində yazı yayıb. Yazıda “WhatsApp” messencerində məxfilik siyasətinin dəyişəcəyi haqda qərarın səbəb və nəticələrindən bəhs olunur.

“Facebook” sosial şəbəkəsinə məxsus “WhatsApp” messencerində məxfilik siyasətinin dəyişəcəyi haqda məlumatlar yayılandan sonra milyonlarla istifadəçi alternativ xidmətlərin axtarışına başlayıb. Çünki dəyişiklik istifadəçilər arasında məxfiliklə bağlı narahatlıq və inamsızlıq doğurub.

2021-ci il yanvarın 4-də “WhatsApp” istifadəçiləri mobil tətbiqin məxfilik siyasətini yeniləyəcəyi barədə mesajlar alıblar. Yeniliyə əsasən, “WhatsApp” öz isifadəçilərinin məlumatlarını ana şirkət olan “Facebook”la paylaşacaq. Mesajlarda fevralın 8-dək yeni şərtlərlə razılaşmayan bütün hesabların bağlanacağı və ya silinəcəyi bildirilib.

Bundan sonra mesencer istifadəçiləri arasında çaşqınlıq və narahatlıq yaranıb. Bu yeniləmə bir çoxlarını çaşbaş salıb və istifadəçilər mesajlarının mətninin “Facebook”da paylaşılacağından qorxurlar.

“Facebook” onsuz da məlumatların məxfi saxlanması reytinqində aşağı pillələrdə yer alır. İstifadəçilərin bu yeniliyə mənfi reaksiyası “WhatsApp”ı məsələni aydınlaşdırmağa və dəyişiklikləri may ayına qədər təxirə salmağa vadar edib.

“Sensor Towers” mobil tətbiqi üzrə analitik firmanın məlumatına görə, “WhatsApp”ın rəqibi “Signal”messencerində 5-12 yanvar tarixləri arasında 17,8 milyon istifadəçi qeydiyyatdan keçib. Bu göstərici əvvəlki bir həftədə 285 min idi. Eyni vaxt ərzində 15,7 milyon insan “Telegram”sosial şəbəkəsindən istifadə etmək üçün mobil tətbiqi elektron cihazlarına yükləyib. Bu, bir həftə əvvəlki göstəricidən (7,6 milyon) iki dəfə çoxdur.

Digər istifadəçilər isə məxfilik siyasətinə tam əməl ədən və yalnız almandilli ölkələrdə xidmət göstərən, amma hələ populyarlıq əldə etməyən “Threema” pullu messencerinin tətbiqinə üstünlük verib.

“Threema” şəbəkəsinin marketinq və satış şöbəsinin müdiri Roman Flipp “Deutsche Welle” kanalına açıqlamasında messencer ifadəçilərinin sayının getdikcə artdığını bildirib: “Mobil tətbiqi yükləyən istifadəçilərin gündəlik sayında ötən həftələrlə müqayisədə 10 dəfə artım qeydə alınıb. Gündəlik istifadəçi sayı hazırda yüz minlərlə ölçülür. Bu, bizim üçün böyük göstəricidir”.

“WhatsApp” messenceri istifadəçilərinin sayı isə əvvəlki dövrlə müqayisədə 12,7 milyondan 10,6 milyona düşüb. Bundan sonra “WhatsApp” problemi araşdırmaq üçün planlaşdırdığı yeniləməni mayın 15-dək təxirə salmalı olub.

Avropa məlumatlarının qorunması üzrə müşahidəçi Voyçex Viyeviorovski “Deutsche Welle” kanalına açıqlamasında deyib: “Mən təəccüblənmirəm, insanlar əvvəllər müəyyən bir məsələ ilə bağlı qərar qəbul edə bilirdilər. İndi onlar çaşqınlıq içərisində qalıblar və nə edəcəklərini bilmirlər. Çünki “WhatsApp”ın istifadəçilərinə verdiyi açıqlama da son dərəcə qısa və çaşdırıcıdır. İstifadəçilər şəxsi məlumatlarının yayılmasından və onların bir neçə şirkətin nəzarətinə keçməsindın çox narahatdırlar”.

Şirkətdən verilən açıqlamada deyilir ki, dəyişikliklər istifadəçilərin “WhatsApp” vasitəsilə müəssisələrə mesaj göndərmələri üçün vacibdir. Yeniləmələr ilk növbədə “Facebook” vasitəsilə satış həyata keçirən mağaza sahiblərinə və “WhatsApp”dakı istifadəçilərlə əlaqə quran müəssisələrə lazımdır. Yeni qaydalar bu müəssisələrlə əlaqədar məlumatların “Facebook”un serverlərində yerləşdiriləcəyini mümkün edir.

Roman Flipp bildirib ki, “Facebook” 2014-cü ildə “WhatsApp”i satın alandan sonra ilk dəfədir daha çox qazanc əldə etmək üçün belə bir addım atır: “Amma hamımız bilirik ki, zəmanəmiz üçün istifadəçi məlumatları qızılıdır. Düşünürəm ki, əslində mübahisələr bununla əlaqəlidir”.

“WhatsApp”dakı dəyişikliklər hər yerdə eyni qaydada tətbiq olunmayacaq. Avropalı istifadəçilər üçün dəyişikliklər digər bölgələrlə müqayisədə fərqlidir. Bundan əlavə, istifadəçilərin “WhatsApp”da ödənişlər etməsi üçün “Facebook Pay” hesablarını aktivləşdirmək planları Avropa üçün nəzərdə tutulan yeniliyə daxil edilməyib.

Avropanın məlumatların qorunması ilə bağlı qanunları dünyanın ən güclü qanunlarından biridir. Son illər Avropanın səlahiyyətli nümayəndələri “Big Tech”ə qarşı aqressiv addımlar atıb.

Voyçex Viyeviorovski bildirib ki, insanlar hansı sosial şəbəkədən istifadə edəcəklərinə özləri qərar verirlər. İstifadəçilərin çoxu məlumatları məxfi saxladığını idda edən messencerlərə üstünlük verir.

“Signal” mobil tətbiqinin istifadəçiləri sənədləri, şəkilləri, səs və video yazılarını, özəl və ya qrup mesajlarını şifrələnmiş şəkildə göndərə bilirlər. Tətbiq həm də səsli və video zənglər etməyə imkan verir. “Signal”ın ekran məxfiliyi, nəzarət əleyhinə vasitələri və mesajları silmə xüsusiyyətləri var.

“WhatsApp” dəyişikliyini elan etdikdən sonra dünyanın ən varlı adamı İlon Mask da “Signal”ın xidmətini dəstəkləyib. Bir həftə sonra “Signal”ın mobil tətbiqi çöküb və günün çox hissəsində işləməyib. “Signal” texniki problemi yeni istifadəçi sayının artımı ilə əlaqələndirib.

“Telegram” bütün yazışmaları şifrələyən pulsuz platformadır. Şirkət bildirir ki, “Telegram”da istifadəçi məlumatlarını eyni yerdə saxlamamaq üçün xüsusi və bənzərsiz bir infrastrukturdan yararlanır.

Mərkəzi ofisi İsveçrədə yerləşən “Threema” mesajları şifrələyən açıq mənbəli, pullu messencerdir. Proqram dizaynerlərinin yaratdığı şirkətin serverlərində mümkün qədər az məlumat toplanır. “Threema”nı fərqli edən cəhətlərdən biri də hər bir istifadəçini mobil telefon nömrələri ilə deyil, şəxsiyyət vəsiqəsindəki səkkiz rəqəmli nömrə ilə qeydiyyata almasıdır. Bu, məlumatların məxfi saxlanma səviyyəsini bir az da artırır.

Roman Flippin sözlərinə görə, “Threema”nı başqa platformalardan fərqləndirən onun İsveçrə-Avropa tətbiqi olması və ABŞ qanunlarına tabe olmamasıdır: “Digər platformaların əksəriyyəti ABŞ-da yerləşir və bu ölkənin məxfilik baxımından etibarlı olmadığı hamıya bəllidir”.(Novator.az)

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »