Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Albert Aqarunovun vurduğu tankı təmir edib Şuşaya tuşlayıblar - Foto
Albert Aqarunov, Azərbaycanın Milli Qəhrəmanı

Erməni KİV-ləri iddia edir ki, Albert Aqarunovun Şuşa döyüşlərində vurduğu məşhur erməni tankı ermənilərin nəzarətində olan ərazidə, öz yerindədir.

Ermənilər yanmış T-72 tankını bərpa edib, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə ölənlərin xatirəsinə qoyublar. Hətta erməni bloger Arutyun Akopyan tankın fotosunu çəkib paylaşıb.

Qeyd edək ki, Albertin ilk atışında tank sıradan çıxmış, ikinci atışı ilə kabinədə olan Tank komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artilerist Şahen Sarkisyan məhv edilmişdir.

Ehtiyatda olan Polkovnik, hüquqşünas İbrahim Rüstəmli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, orada Şuşaya tuşlanmış 100 dənə vurulmuş erməni tankının lüləsini göstərə bilərlər. Onsuz da ermənilərin ideologiyası türklərə, türkçülüyə, azərbaycanlılara, müsəlmanlara qarşı nifrətlə, kin-küdurətlə doludur.

“Bunlar hamısı erməni uydurmalarıdır. Azərbaycan ordusu sözün həqiqi mənasında 44 gün ərzində onların silahlı qüvvələrini, infrastrukturunu, nəqliyyat sistemini, silah-sursat sistemini, şəxsi heyyətini tamamilə sıradan çıxardıb. Ermənistan ordusu tamamilə başı pozuq bir silahlı dəstəyə çevrilib. Onlar çox ağır mənəvi, psixoloji travma alıblar. Hazırda onlar posttravmatik sindiromdan əziyyət çəkirlər. Buna müharibə travması deyilir. Bu səbəbdən onlar reabilitasiya dövrünü keçirlər.

Bu yaxınlarda Serj Sarkisyan bir bəyanatla çıxış edib ki, “Azərbaycanın utanclı keçmişi xatırladacağıq yenə”. Bunu Xocalı faciəsini yaradan, bu barədə beynəlxalq mətbuata bəyanat verən, fəxrlə ermənilərin yüzlərlə insanı öldürməsini bəyan edən adam deyib. Azərbaycan nədən utanmalıdır? Bəyən Azərbaycan yüzlərlə dinc erməni əhalisini, körpəsini, qadınını qətlə yetirib?

Albert Aqarunovun vurduğu tank Albert Aqarunovun vurduğu tank

Onların siyasəti, hərbisi, tarixi yalanlarla doludur. Bu da tank məsələsi də növbəti erməni təxribatıdır. Cənab prezident də öz çıxışı zamanı dedi ki, kimsə yenidən baş qaldırmağa çalışmasın. Bu dəfə elə bir dərs keçəcəyik ki, 44 günlük müharibədən 44 dəfə dəhşətli olacaq. Bütün bunları normal qarşılamaq lazımdır. Çünki 44 gün ərzində aldıqları ağır travmadan çıxmaq istəyirlər. Bu psixoloji reaksiyalardı. Bu reaksiyalara da adekvat, çox sakit, təmkinli şəkildə cavab vermək lazımdır.

Orada Şuşaya tuşlanmış 100 dənə vurulmuş erməni tankının lüləsini göstərə bilərlər. Onsuzda ermənilərin ideologiyası türklərə, türkçülüyə, azərbaycanlılara, müsəlmanlara qarşı nifrətlə, kin-küdurətlə doludur. Onların Azərbaycana qarşı münasibətində həmişə aqressiya, qətl və qəsd var.

Bunların arxasında da erməni lobbisi dayanır”.

Ekspertin sözlərinə görə, Qarabağ kartından Ermənistan üçün sui-istifadə etmək istəyən adamların maddi maraqları dayanır və bu konfliktin dinamik vəziyyətdə qalması onlar üçün çox önəmlidir.

“Belə təxribatlar hələ çox davam edəcək. Real olaraq Azərbaycan tərəfi qələbəni qazanıb və bu qələbənin möhkəmləndirilməsi istiqamətində işlər görüləcək”,-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »