Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda narkotiklərin daha təhlükəli növü yayılır
Narkotik

Son zamanlar narkotiklə bağlı cinayətlərin sayında artım müşahidə edilir. Bir tərəfdən pandemiya ilə bağlı insnaların yaşadığı stress, başqa tərəfdən iş yerlərinin bağlı olması, pulsuzluq insanlarla narkotiklərə meyilli edə bilərmi?

“Bizimyol.info” bu mövzu ilə bağlı narkomaniya üzrə mütəxəssis Emil Maqalovla danışıb.

Emil Maqalov Emil Maqalov

Maqalovun sözlərinə görə, adətən yay aylarrnda narkotik vasitələrdən istifadə edənlərin sayı artır. Onun fikrincə, narkotiklə bağlı cinayətlərin artmasının pandmeiya dövrü ilə heç bir əlaqəsi yoxdur: "Onsuz da, alan gizli alır, satan gizli satırdı. Yəni pandemiyanın bu məsələlərə heç bir dəxli yoxdur".

Maqalov deyir ki, narkotik vasitələrin müxtəlif çeşidləri var. İnsanlar adətən yeniyetmə və gənclik dövründə bu vasitərlərin qəbuluna başlayır: “Dünyanı dərk etmə, savadsızlıq, işsizlik, düşdüyü mühit və sair narkotik vasitələrin qəbuluna başlamağa zəmin yarada bilər. Gənclərin narkotik vasitələri qəbul etməyə başlamasına səbəblərdən biri seriallardır. Yeniyetmə və ya gənc seriala baxır və təbliğ edilən vasitənin nə olduğunu bilmək istəyir. Düşünür ki, bir dəfə ilə ona heç nə olmayacaq. Və yaxud yeni narkotik vasitə - şüşənin yayıldığı barədə məlumat oxuyur. Oxuyur ki, bundan istifadə edən güclü olur. Və o da istifadə etmək marağına düşür. Sadəcə, yoxlamaq istəyir".

Ekpsert vurğulayıb ki, hər bir valideyn öz övladı narkotik vasitə istifadə etməyə başladıqdan bir müddət sonra bunu hiss edə bilir. Çünki narkotik istifadə edən şəxsdə müxtəlif dəyişikliklər baş verir. Gözləri qızarır, başı dumanlı olur, adekvat olmur: “Ancaq təəssüf olsun ki, valideyn bunu o zaman hiss edir ki, artıq gecikib. Həmin dövrdə narkotik istifadəçisinin ətrafı da başqa olur. O, artıq xəstədir. Yoxladı, təsirini gördü və ya təsirini hiss etmədi. İstifadə edən şəxs mütləq yenidən - ikinci dəfə istifadə edir. Sonra bədən öyrəşir və narkotik tələbata çevrilir. Ağrılar başlayır. Və xəstə artıq ağrını sakitləşdirmək üçün yenidən istifadə etməli olur.

Ekspert vurğuylayıb ki, apteklər narkomanlara ağrıkəsicilər satmadığına görə, onlar məcburiyyət qarşısında qalıb yenidən narkotik vasitə istifadə edir. Çünki ağrı hər hansı yol ilə kəsilməlidir.

E. Maqalov deyir ki, narkotik vasitəsi hesab edilən şüşə 4-5 ildir ki, Azərbaycanda yayılıb və onun fəsadları heroindən daha ağırdır: "Kakosu çoxu iyləməklə başlayır. İyləmə zamanı aldığı doza ona həzz vermədiyinə görə, keçir damara vurmağa. Çünki damara vurmaq daha ucuz başa gəlir. Bu zaman həmin xəstə ineksion narkotik istifadəçisi olur. Ən təhlükəlisi isə şüşə ilə kakosu qataraq istifadə etməkdir. Bunun müalicəsi asan deyil. Müalicə üçün külli miqdarda pul tələb olunur. Narkotik istifadə edənlərin 90 faizi imkansız və ya sonradan kasıblamış şəxslərdir”.

Mütəxəssis deyir ki, ineksion narkotik istifadə edən şəxslərin başqa bir böyük problemi şpris tapa bilməmələridir: “Bu zaman onların virus yayma riski artır. Çünki ağrını kəsmək üçün damara vurmalı və bunun üçün də şpris tapmalıdır. Xəstələr əvvəlcə 2-5 qramlıq şprislərdən istifadə edilər. Sonradan damarlar itir. Və məcbur olurlar ki, kapilyar damarlara vursunlar. Kapilyar damarlara isə insulin şprislərindən istifadə edilər. Təəssüf olsun ki, apteklər narkomanlara şpris satmırlar. Ancaq xəstə bunu vurmalıdır, bədən tələb edir. Buna görə də onlar hardan oldu tapdıqları şprislərdən istifadə edir. Bu zaman viruslar şprisin iynəsində qalır. Elə viruslar var ki, onu spirtlə də öldürmək mümkün deyil. Şpris tapa bilmədiyi üçün xəstələr eyni şprisdən istifadə edir və bu zaman yoluxu xəstəliklər yayılır. HİV, vərəm, hepatitlər və sair xəstəliklər şprislə ötürülür. Elə narkotik istifadəçiləri var ki, ailəlidir. Xəstəliyi ailəsinə də yoluxdurur".

E. Maqalovun sözlərinə görə, narkotiklərlə bağlı vəziyyət bütün dünyada gərgindir. Azərbaycanda isə hüquq-mühafizə orqanları bu sahəyə xüsusi diqqət göstərdiyi üçün o qədər acınacaqlı deyil: "Ancaq bu iş təkcə polisin deyil, bütün cəmiyyətin nəzərində olmalıdır. İlk növbədə ailələrdə valideynlər uşaqlarına, onların hərəkətlərinə qarşı diqqətli olmalıdır. Valideynlərin övladlarının davranışlarına qarşı diqqətli olması onları bütün problemlərdən, eləcə də narkotiklərdən qoruya bilər".

Məlumat üçün deyək ki, bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə çərçivəsində hüquq-mühafizə orqanları 2893 fakt aşkar olunub. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında deyilir. Həmin dövr ərzində 1933 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 16-18 yaşadək olanlar 4 nəfər, 18-25 yaşadək olanlar 170 nəfər, 26-29 yaşadək olanlar 341 nəfər, 30 yaş və ondan yuxarı olanlar isə 1418 nəfər olub.

Hesabat dövründə sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 10832 nəfər keçirilib. Onlardan 3101 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 1759 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Hazırda əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən 3 məntəqədə proqram çərçivəsində (Respublika QİÇS-lə Mübarizə Mərkəzində - 345, Respublika Narkoloji Mərkəzində - 165, Sumqayıt şəhər Narkoloji Dispanserində - 73) 583 nəfər xəstə müalicə alır.

Məlumata görə, Ədliyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərib ekspertizadan keçiriyi şəxslərin sayı 1794 nəfər keçib. Onlardan 1228 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 12 nəfərdir.

Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna(İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »