Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlıların qatillərinin Bakıdakı qəbirlərini ziyarət edənlər var
qəbiristanlıq

26 Bakı komissarlarından 21-nin “Dədə Qorqud” qəbirstanlığındakı məzarları üzərinə güllər qoyulur

Əvvəllər, yəni 2009-cu ilə qədər Bakının düz mərkəzində indiki Sahil bağında "26 Bakı Komissarı Abidəsi" yerləşirdi. O zamanın məktəbliləri abidəni ziyarət etməyə aparılırdı.

Həmin dövrlərdə "26 Bakı Komissarı"nın adı kəndlərə, qəsəbələrə, rayonlara verilir, filmlər çəkilirdi. Bu "tarixin" undulumaması üçün hər kəs səfərbər olmuşdu. Sahil Bağına " 26 Bakı Komissarı" adı verilmiş və bağın ortasında alovu qucaqlamış Şamuyanın abidəsi, yanında bir neçə büst ucaldılmışdı. Ətrafdakı daş lövhələrə abidənin altında dəfn edilmiş şəxslərin adı da qazılmışdı.

Maraqlı tarixçəsi var Bakı komissarlarının. Tarixçi Faiq Yusifovun bizimyol.info-ya verdiyi məlumata görə, Bakı Xalq Komissarları Soveti 1918-ci ildə yaradılıb. Ancaq qısa bir zamanda Bakı kommunnasının rəhbərləri Türkiyə-Azərbaycan qoşunlarının hücumu ilə şəhəri tərk edir. Onlara qarşı bir neçə maddə ilə cinayət işi açılır və hərbi məhkəməyə göndərilir: "Ancaq elə həmin ilin sentyabrın 14-də onlar azad edilir və onlara Bakını tərk etməyə icazə verilir. Sentyabrın 19 –da isə menşeviklər onları Türkmənbaşı şəhərinə gətirərək, edam edir. 1920-ci ildə komissarların qalıqları Bakıya gətirilir, meydanda dəfn edilir".

1925-ci ildə heykəltəraş Tripolskayan və memar Paleviçin əsəri olan abidə qoyulur.

26 Bakı kommissarları

2009 –cu ildə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə abidə sökülür və “Sahil bağı” yenidən qurulur. Ancaq məlum olduğu kimi, ərazidən 26 deyil, 21 nəfərin qalıqları aşkar edilir.

Tarixçi bildirir ki, tapılmayan 5 nəfərin cəsədinin qalıqları barədə müxtəlif versiyalar olsa da, dəqiq məlumat yoxdur.

Aşkar edilən qalıqlar "Dədə Qorqud" qəbiristanlığında bu dəfə bir yerdə deyil, ayrı-ayrı dəfn edilib. Onlar üçün ayrılan yer xüsusi hasara alınıb. Ancaq qalıqların konkret kimə aid olduğu müəyyən edilmədiyi üçün məzarların üzərinə nə bir ad, nə də bir işarə yoxdur. Buna naxmayaraq, hamı bu təpədə "komissarların" dəfn edildiyini bilir.

Qəbirlərin nəzarətdən kənarda qalmadığı hiss olunur. Belə ki, qəbirləri basmış ot-alaq tez-tez təmizlənir. Hətta ara-sıra məzarlara baş çəkib gül qoyanlar da olur.

Düzdür, güllərin rəngi solduğu üçün uzun müddətdir, məzarların ziyarət edilmədiyi hiss edilir. Ancaq qəbisrtanlıqda çalışanların sözlərinə görə, yaxınlıqda olan xristian qəbiristanlığına gələnlər bəzən, bu məzarları da ziyarət edir, gül qoyur.

Məlumat üçün deyək ki, "Dədə Qorqud" qəbirstanlığı Bakının Suraxanı rayonunda eyni adlı qəsəbədə yerləşir. Qəbiristanlıq 167 min kvadrat metr ( 16,7 ha) ərazini əhatə edir. Burada təkcə azərbaycanlılar deyil, müxtəlif millətlərin nümayəndələri dəfn edilib. Ərazidə xristian qəbistanlığı da salınıb. Burada xristianlara məxsus minlərlər məzar var. Əvvəllər, yəni 2009-cu ildə qəbiristanlıqda məzarlar bu qədər deyildi. Ona görə də, "komissarların" qəbrinin təpədə olduğu uzaqdan belə gözə çarpırdı. Amma zamanla qəbiristanlıq doldu. İndi “komissarların” məzarlarının 100 metrliyində azərbaycanlı qəbirləri var.

Bizim Yol

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Gürcüstanda bir ailənin üç üzvü qətlə yetirildi
Son xəbərlər
Bütün xəbərlər »