Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda faşist Qaregin Njdenin qəhrəmanlaşdırılması haqqında ABŞ-da film çəkilib - Video
Yerevan, İrəvan, Ermənistan

Erməni əsilli faşist Qaregin Njde və Ermənistanda faşizmin qəhrəmanlaşdırılması haqda Los-Ancelesdə film hazırlanıb.

Bizimyol.info xəbər verir ki, bu barədə  Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu məlumat verib.

Bildirilir ki, İkinci Dünya müharibəsi illərində Hitler Almaniyası ilə əməkdaşlıq etmiş erməni əsilli faşist Qaregin Njde və bu gün Ermənistanda faşiszmin qəhrəmanlaşdırılması siyasəti haqda Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən ingilis dilində qısa film hazırlanıb.

Filmdə, bu yaxınlarda ABŞ-ın nüfuzlu yəhudi qəzeti olan “Forward” qəzeti tərəfindən dünyanın müxtəlif yerlərində hələ də mövcud olan, vaxtilə faşist Almaniyası ilə əməkdaşlıq etmiş, Holokost zamanı yəhudilərin öldürülməsində iştirak etmiş və ya buna kömək etmiş şəxslərə qoyulan abidələr ilə bağlı ilk dəfə geniş araşdırma aparıldığı qeyd olunur. Bildirilir ki, məhz “Forward” qəzetinin araşdırmasına görə həmin faşist abidələrindən 22-si hazırda Ermənistandadır və onların hamısı Qaregin Njdeyə həsr olunub.

Hazırda Ermənistanın faşist abidələrinin sayına görə dünyada ən öndə gedən dövlətlərdən olduğu və bu gün Ermənistanda Qaregin Njdeyə həsr olunmuş memorial abidələrin, heykəllərin, küçələrin, kənd və meydanların mövcudluğu diqqətə çatdırılır. Vurğulanır ki, 1942-ci ildə faşist Almaniyası tərəfindən yaradılmış Vermaxtın Erməni Legionuna rəhbərlik etmiş Qaregin Njde hələ də Ermənistan və onun diasporu tərəfindən milli qəhrəman hesab olunur. Həmin Erməni Legionunun Krım, Polşa, Fransa və Qafqazda Almaniya üçün döyüşdüyü və həmin ərazilərdən faşistlərin yəhudiləri toplayaraq ölüm düşərgələrinə göndərdiyi bildirilir.

Faşist Almaniyası ilə əməkdaşlığına görə 25 il həbs cəzasına məhkum edilmiş Qaregin Njdeyə 2016-cı ildə Yerevan şəhərində prezident S.Sarkisyan və digər Ermənistan rəsmilərinin iştirakı ilə heykəl ucaldıldığı diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, Yerevanda Njdenin adını daşıyan meydan və metro stransiyası mövcuddur və dövlət sifarişi ilə bu faşist cəlladını qəhrəmanlaşdıran filmlər çəkilir. Anti-Difamasiya Liqasının sorğusuna istinad edilərək, Ermənistanın antisemitizm səviyyəsinə görə Avropada ikinci yer tutduğu filmdə qeyd olunur. Qaregin Njdenin radikal Erməni İnqilabçı Federasiyasının (Daşnaktsutyun) rəhbərlərindən olduğu və 1933-cü ildə ABŞ-ın Boston şəhərində irqçi daşnak hərəkatı olan Tseğakronizm hərəkatını təsis etdiyi bildirilərək, bu hərəkatın nasistlərin ari irqinin üstünlüyü nəzəriyyələrini əks etdirdiyi vurğulanır. Qeyd olunur ki, o zaman Hitler və Holokostu dəstəkləyən daşnaklar bu gün də ABŞ-da fəaldırlar. Daşnakların lobbiçi qanadı olan ANCA təşkilatı ABŞ Konqresində hazırda əsas erməni lobbi təşkilatıdır.

Paylaş »
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› “Yazda əməliyyatların başlaması mümkündür..., Rusiya üçün dağıdıcı olacaq” - Ukrayna hökuməti
››› Politoloq:  “İran açıqca Türkiyəyə dedi ki, Azərbaycandan çəkil”
››› Dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb
››› Martın 9-na olan hava proqnozu
››› FHN hava şəraiti ilə əlaqədar əhaliyə müracitə edib
››› Avstriyada “AstraZeneca” vaksinindən istifadə dayandırılıb
Son xəbərlər
Bütün xəbərlər »