Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmənin Azərbaycan dronlarına yem olan “Repellent” anti-dron sisteminin qalıqları - Video
Düşmənin daha bir neçə hərbi texnikası məhv edildi - Video

Sosial şəbəkələrdə Azərbaycan ordusunun 44 günlük müharibə zamanı Qarabağda məhv etdiyi, Ermənistan ordusunun arsenalına o zamanlar yeni daxil edilmiş və dronlara qarşı nəzərdə tutulmuş “Repellent” radioelektron mübarizə qurğusunun videogörüntüləri yayılıb.

Virtualaz.org xəbər verir ki, kadrlara əsasən texnikanın qalıqları hazırda Azərbaycan ordusunun nəzarətində olan ərazidədir. Əsgərlərimizdən biri texnikanın qalıqlarının görüntülərini çəkir. “Erməninin texnikası, gör nətər vurub bizimkilər...” -əsgər deyir.

Xatırladaq ki, Azərbaycan ordusu döyüş əməliyyatları zamanı cəbhənin müxtəlif itiqamətlərində düşmənin 4 “Repellent” radioelektron mübarizə qurğusunu məhv edib. Bu qurğular Rusiya hərbi sənayesinin istehsalıdır və pilotsuz uçan aparatlara qarşı ən qabaqcıl vasitə kimi təqdim edilirdi. Taktiki-texniki göstəricilərinə əsasən bu qurğu 35 kilometr məsafədən müxtəlif tipli kiçik dronları aşkar edir və onların idarəetmə kanallarına nəzarəti ələ keçirərək onun idarəetməsini pozur. Ermənistan həmin komplekləri 2016-cı ilin aprel müharibəsində Azərbaycan ordusunun dünyada ilk dəfə zərbə pilotsuz aparatlarını tətbiq etməsindən bir il sonra Rusiyadan sifariş vermişdi.

Lakin bu qurğular Azərbaycan ordusu qarşısında heç bir işə yaramadı və elə dron zərbələri ilə məhv edildi. O zaman Müdafiə Nazirliyinin yaydığı görüntülərdən birində “Harop” zərbə pilotsuz aparatının “Repellent”i necə məhv etdiyi əks olunmuşdu.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »