Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messi və Ronaldu son 10 ilin ən yaxşı futbolçuları seçildi
Champions League - Group G - FC Barcelona v Juventus

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropada və Cənubi Amerikada son 10 ilin ən yaxşı futbolçularını açıqlayıb.

"Report" İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, Avropada İtaliyanın "Yuventus" klubunun portuqaliyalı ulduz futbolçusu Kriştianu Ronaldu, Cənubi Amerikada isə İspaniya "Barselona"sında çıxış edən argentinalı Lionel Messi birinci olub.

"Real Madrid"in və İspaniya millisinin müdafiəçisi Serxio Ramos köhnə qitənin ən yaxşı ikinci oyunçusu hesab edilib. "Bavariya"nın və Almaniya millisinin qapıçısı Manuel Noyer isə üçüncü yerlə kifayətlənib.

Braziliya yığmasının və Fransa PSJ-sinin forvardı Neymar Cənubi Amerikada son 10 ilin ən yaxşı ikinci futbolçusu seçilib. Hazırda Braziliyanın "San Paulu" komandasında oynayan Daniel Alveş isə üçüncü olub.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »