Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı məhkəməyə “Putin oğrudur” plakatı ilə çıxıb - Foto
Aleksey Navalnı, Vladimir Putin

Fevralın 2-də Moskva Şəhər Məhkəməsində Rusiyanın müxalifət lideri Aleksey Navalnının şərti cəzasının real həbslə əvəzlənməsiylə bağlı məhkəmə iclası keçirilib. Vladimir Putinin əsas rəqibi iclasın ikinci hissəsində çıxış imkanı qazanıb.

Bizimyol.info xəbər verir ki, Navalnı onu artıq hökm çıxarılmış iş üzrə həbsə atmaq istədiklərini deyib. Onun bildirdiyinə görə, “İv Roşe” işi ilə bağlı sınaq müddəti hələ 2019-cu ildə bitib. Məhkəməyə “Putin oğrudur” plakatı ilə çıxan Navalnı birbaşa Rusiya prezidentini ittiham edib.

“Məni həbsə atmaqda əsas məqsəd bunkerdə yaşayan insanın nifrət və qorxusudur. Mən sağ qalmaqla ona (Putini nəzərdə tutur – red.) öldürücü zərbə vurmuşam...”

Bu yerdə prokuror qeydinin olduğunu bildirsə də, Navalnı nitqini davam etdirib: “Sizin qeydinizə ehtiyac yoxdur. Ümumiyyətlə, sonra daha qorxulu şey baş verdi. Mən nəinki sağ qaldım, gizlənmədim, hətta zəhərlənməyimlə bağlı istintaqda iştirak etdim. Biz sübut etdik ki, mənə qarşı sui-qəsdi Federal Təhlükəsizlik Xidmətindən istifadə etməklə Putin həyata keçirib. Onun yeganə mübarizə üsulu insanları qətlə yetirməyə cəhd göstərməkdir. Xətrinə dəyən odur ki, tarixdə zəhərləyən şəxs kimi qalacaq”.

Navalnı onu həbs etməyin çətin olmadığını deyib: “Amma ən əsası, böyük sayda insanı qorxutmaqdır. Belə işləyirlər: birini tuturlar ki, başqaları qorxsun. Ümid eləyirəm, insanlar getdikcə hər şeyi daha yaxşı anlayacaq. Bütün ölkəni həbs edə bilməzlər!”

İclasın bu yerində hakimlə müxalifətçi arasında mübahisə olub. Navalnı hakimə onun içində istibdad olduğunu deyib. Hakim “bura mitinq yeri deyil” iradını bildirib. İclasın sədri bundan sonra müxalifətçidən siyasətdən danışmamağı tələb edib.

“Necə danışmayım?!”, - Navalnı çıxışını davam etdirib.

Aleksey Navalnı məhkəmədə Aleksey Navalnı

“İmkan verin danışım! Mən hamını mundirdəkilərin hər şeyi etməsinə imkan verməməyə çağırıram. Rusiyada yaxşı şey çoxdur, biri də qorxmayan, ölkəni bir dəstə satılmış məmurlara verməyə razı olmayan insanlardır. Mən təcili azadlığa buraxılmağı tələb edirəm!”, - deyə Navalnı bildirib.

Navalnıya qarşı 2020-ci ilin avqustunda Omskdan Moskvaya gələrkən sui-qəsd həyata keçirilmişdi. Müxalifətçinin həyatı Almaniyada xilas olunmuşdu. O, vətənə yanvarın 17-də qayıdıb və həmin gün hava limanında həbs edilib.

“İv Roşe” cinayət işi 2012-ci ildə başlanıb. Aleksey Navalnı qardaşı Oleqlə birlikdə aldatma yolu ilə mənimsəmədə ittiham olunurdu. Məhkəmə 2014-cü ildə onların hər ikisini şərti cəzaya məhkum etmişdi.

Məhkəmənin yekun hökmünə əsasən, Navalnı 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »