Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Teymur Rəcəbovun məğlub etdiyi şahmatçı Ermənistandan imtina edir
Teymur Rəcəbov, Levon Aronyan

Ermənistan əhalisinin ən çox emiqrasiya etdiyi ölkələrdən biridir.

Hər il bu ölkənin əhalisi bir az da azalır. Oradan kasıb da qaçır, varlı da. Tanınmış adamlar da qaçır, sıradan fərdlər də. Belə qaçanlardan biri də Levon Aronyandır.

Məşhur erməni şahmatçılarından biri olan Levon Aronyan daha irəli gedib; o, ümumiyyətlə, öz Vətənindən utanıb.

Levon Aronyan Levon Aronyan

Levon Aronyan Ermənistanın bayrağı altında çıxış etməkdən boyun qaçırıb. Məşhur şahmatçı Amerika Birləşmiş Ştatlarına daimi köçmək və orada yaşamaq fikrindədir. 44 günlük müharibədən sonra Azərbaycanın Qarabağ bölgsindən və Ermənistandan köç sürətlənib; ermənilər öz dövlətinin perspektivlərinə şübhə ilə yanaşırlar və öz gələcəyini Ermənistanla birlikdə təsəvvür etməyənlərin sayı beləcə artır.

Ermənistandan köçmək, daha doğrusu, qaçmaq istəyənlərin sayı həmişə artan xətt üzrə gedib. Bunun da çox səbəbləri var. Hələ 2013-cü ildə Ermənistan Milli Sosioloji Assosiasiyasını rəhbəri Gevorq Poqosyan təşkilatın apardığı araşdırmalara əsaslanaraq proqnoz verirdi ki, 2030-cu ilədək Ermənistanda əhali 1,5-2 milyon nəfər azalacaq. Bunun bir əsas səbəbi ölkədəki vəziyyətlə bağlı idi; vətəndaşları ölkədən qaçmağa vadar edən səbəblər 7 il əvvəl işsizlik (31,7 faiz), perspektivsizlik (29,6 faiz), ədalətsizlik (19,3 faiz), adi çörəkpulu qazanmaq imkanının olmaması(17,2 faiz) olub. Bu illər ərzində həmin səbəblər aradan qalxmayıb, əksinə daha da kənkinləşib. Buraya son müharibdə Ermənistanın məğlubiyyətinin, pandemiyanın, siyasi böhranın yaratdığı nəticələri də əlavə edin. Buna görə ermənilər artıq Vətənsizləşməyə daha çox yenik düşür. Sosioloji tədqiqatlar göstərirdi ki, rəyi soruşulanların 52,4 faizi (yarıdan çoxu) övladının xaricdə yaşamasını istəyir. Levon Aronyan da o övladlardan biridir.

Buna qədər Ermənistanın müstəqilliyini formal etməsindən sonra artıq bir əsrdə 4-cü dəfə azərbaycanlıları öz tarixi torpaqlarından qovmaları da ölkənin əhalisinin azalmasına səbəb oldu; əgər 1979-cu il siyahıyalmasının nəticələrinə baxsaq, Ermənistanda hələ rəsmən qeydə alınmış 160 min 841 nəfər azərbaycanlı, öz ana dilini rus dili sayanların 69, 8 min, özünü kürd bilənlərin 43, 019 min, assuriyalı dilini doğma dili hesab edənlərin 3, 5 min olduğunu görərsiniz. Ancaq 2001-ci ildə Ermənistan artıq monoetnik dövlətə çevrilib; azərbaycanlılar tamam qovulub, ruslar və sair millətlərin nümayəndələri də qismən. Həmin ilin göstəricisinə görə, Ermənistanda əhalinin 97, 9 faizi etnik erməni, 2,1 faizi ruslar, yunanlar, ukraynalılar və sair milltlərdən idi.

Ermənistanda təbii artım da çox aşağıdır; 2019-cu ildə ermənilər dünyaya 40 min 583 uşaq gətirməyi gözləyitdiıərsə, bu göstərici 5 min az oldu - 35 min 448. Azərbaycanla müqayisədə bu, daha qabarıq görünür; əgər 2000-ci ildə Azərbaycanda 8 milyon 114 min 300 nəfər, Ermənistanda 3 milyon 221 min 100 nəfər əhali vardısa, 2020-ci ildə Azərbaycan əhalisi 10 milyon 89 min 900 nəfərə qədər artdığı halda Ermənistan əhalisi 2 milyon 961 min 300 nəfərə endi. 2000-2020-ci illər arasında - son 20 ildə Azərbaycanın əhalisi 24,3 faiz artarkən, Ermənistan əhalisi 8,1 faiz azalıb. Bu da Ermənistanla bağlı bədbin proqnozların doğrulmaqda davam etdiyini göstərir.

Xatırladaq ki, az əvvəl Teymur Rəcəbov bütün dnyanın diqqətlə izlədiyi pronsipial finalda Aronyanı məğlub etmişdi.

O.M.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İdman Akademiyasının tələbəsi intihar edib
Son xəbərlər
Bütün xəbərlər »