Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda universitet qarşısında etiraz edən tələbələr saxlanılıb
Lənkəran şəhəri

Fevralın 1-də Lənkəran Dövlət Universitetinin qarşısında tələbələrin hüquqlarının pozulmasına etiraz bəyanatını səsləndirən Tələbə Güc Mərkəzinin sədri Əhməd Məmmədli və Samir Axundzadə polis tərəfindən saxlanılıb. Universitetin tələbəsi Orxan İsgəndərli isə ora gedərkən yolda saxlanılaraq polis şöbəsinə aparılıb.

Bu barədə Bizimyol.info-ya təşkilatdan verilən məlumatda bildirilib ki, bu universitetin tələbələrindən çoxlu sayda şikayətlər gəlirdi:

“Pandemiya dövründə işsizliklə əlaqədar təhsilhaqqı ödənişində tələbələrin ciddi problemləri yaranıb. Amma onlara bildirilib ki, illik ödənişi tamamlamayanlar imtahanlara buraxılmayacaq. İmtahanlarda da tələbələrin qiymətlərinin kəsilməsi, saxtakarlıq halları müşahidə olunub. Tələbələrin dediyinə görə, müəllimlər onlara imtahanlardan yüksək bal aldıqlarını bildirsə də, yekunda universitetin elan etdiyi ballar xeyli aşağı olub. Tələbələr obyektiv və ədalətli apelyasiya baxışı keçirilməsini tələb ediblər, amma nəzərə alınmayıb. Bu da tələbələrin narazılığını daha da artırıb. Tələbə Güc Mərkəzi Lənkəran Dövlət Universitetinin rəhbərliyinə yaranmış narazılıqlarla əlaqədar müraciət edib, vəziyyəti çatdırmışdı. Onların cavabı isə belə oldu: “biz sizə hesabat vemirik”. Belə olan halda, Tələbə Güc Mərkəzi olaraq, hüququ pozulan tələbələrə dəstək məqsədilə universitet qarşısında etiraz bəyanatını səsləndirmək qərarına gəldik”.

Fevralın 2-də isə tələbələrin hüquqlarının müdafiəsilə məşğul olan Bakı Dövlət Universitetinin tələbəsi Rüstəm İsmayılbəyli və reportyor Nurlan Qəhrəmanlı Lənkəranda baş verənləri araşdırmaq istərkən saxlanılıb. Onların hər ikisi təxminən 5 saat polis şöbəsində saxlandıqdan sonra Bakıya yola salınıb.

R.İsmayılbəyli bildirib ki, səhər saat 6 radələrində Lənkərana çatıblar. Dərhal da onları saxlayıblar: “Guya, “şübhəli görünürük” bəhanəsilə şöbəyə apardılar. Yalnız orada başa düşdük ki, məsələ nə məsələdir. Buraxanda da taksiyə mindirib dedilər ki, “bir də bura gəlməyin”.

R.İsmayılbəyli əlavə edib ki, fevralın 1-də saxlanılan tələbələr hələ də polis şöbəsindədir. Onları görə bilməyiblər.

Fevralın 1-də tələbələrə dəstək məqsədilə ora gələn D-18 Hərəkatının üzvü Cəlil Zabidovun da saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyindən saxlanılanlarla bağlı məlumat almaq mümkün olmayıb.

Lənkəran Dövlət Universitetindən bildirilib ki, imtahan nəticələrindən narazı olan tələbələrin şikayətlərini Apelyasiya Komissiyası araşdırır.

Yenilənmə:

Lənkəran Dövlət Universitetinin qarşısındakı etiraza görə saxlanılan gənclər fevralın 2-də axşam saat 18.00 radələrində sərbəst buraxılıb. Onlar məhkəmə zalında azad edilib. Əhməd Məmmədlinin bildirdiyinə görə, fevralın 1-də universitetin qarşısındakı aksiyada saxlanılandan sonra polis şöbəsində onun və digər şəxslərin barəsində karantin rejimi qaydalarını pozmaları barədə protokol tərtib olunub. İnzibati xətaya dair protokolda onların sosial məsafə tələbinə əməl etmədikləri göstərilib. Elə həmin protokol əsasında da fevralın 2-də Lənkəran rayon Məhkəməsində hakim qarşısına çıxarılıblar. Ə.Məmmədli deyir ki, protokol qanunsuz idi. Çünki aksiyada cəmi üç nəfər olublar: “Aramızdakı məsafə də kifayət qədər çox idi”.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »