Ölkəmizin ümumi təhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir.
Bizimyol.info xəbər verir ki, bunu bu gün 2 fevral – Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüdüyünü bildirən təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki səhifəsində yazıb.
"Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır. Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram", - deyə nazir qeyd edib.