Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya Türkiyə ilə münasibəti korlamaq istəmir"
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

Yunanıstanla Türkiyənin münasibətləri son 37 ildə nadir hallarda sabit görünüb. Qonşu ölkələr arasında zaman-zaman gərginlik yaşanıb. Bəzən gərginlik açıq savaş həddinə çatıb. Elə indi də emosiyalar sakit nəzərə çarpmır.

Bizimyol.info xəbər verir ki, Türkiyənin elm adamı, İstanbul Boğaziçi Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professoru Kemal Kirişci Yunanıstan mətbuatına müsahibə verib. Avropa Araşdırmaları Mərkəzinin direktoru “Kathimerini”nin suallarını cavablandırıb. Kirişci Türkiyənin xarici siyasəti haqda geniş danışıb. Bu sahənin bilicisi sayılan elm adamının fikrincə, Yunanıstan özünə tərəfdaş axtarır, amma Rusiya bu ölkəyə görə Türkiyə ilə münasibəti korlamaq istəmir. Elə Ankara da Qərblə soyuqluq fonunda Moskvaya əks cəbhədə yer almaq fikrindən uzaqdır.

“Yunanıstanla Türkiyə arasındakı müzakirələr hələ 1999-cu ilin dekabrında Helsinkidə Ankaraya Avropa Birliyi üzvlüyünə namizəd statusu verilməsinə dair məşhur razılaşmadan sonra başladı. Bu müqavilədə yer alan müddəalardan biri də o idi ki, tərəflər fikir ayrılıqları və ziddiyyətləri Haaqadakı Beynəlxalq Məhkəmədə aydınlaşdıra biləcəklər. Hər iki tərəf bu yolla tənzimlənməni seçmişdi. Amma mənə elə gəlir ki, indi bu ölkələrin heç biri daxili siyasəti nəzərə alaraq belə davranmağa meylli deyil. Həmin məqsədə çatmaq çox çətin görünür. Daha Avropa Birliyi də əlində qoğalla yox, qamçı ilə gəlir. Amma Çörçillin dediyi kimi, danışmaq həmişə savaşmaqdan etməkdən daha yaxşı olacaq”.

Kemal Kirişci Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin ABŞ və Rusiya ilə münasibətlərindən də danışıb. Onun fikrincə, AKP iqtidarı daha çox Moskva ilə anlaşmaya həssas yanaşır.

"Oruç Reis" kəşfiyyat gəmisi Şərqi Aralıq dənizində "Oruç Reis" kəşfiyyat gəmisi Şərqi Aralıq dənizində

“Ərdoğan Rusiya ilə münasibətləri “dondurmaq” istəməzdi. Bu, böyük təhlükədir. Co Bayden də “gözünü qırpmayacaq”. Məncə, Amerika-Türkiyə münasibətlərində çox vacib yol ayrıcındayıq. Bunun Türkiyənin Qərblə münasibətləri haqda da demək olar. Burada Türkiyənin Avropa Birliyi ilə, xüsusilə Yunanıstanla nə dərəcədə dil tapması özünü ciddi göstərəcək.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »