Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şahdağ Turizm Mərkəzində qalmaqal: Vətəndaşlar içəri buraxılmır - Video
Şahdağ

Şahdağ Turizm Mərkəzində qalmaqal yaşanır.

Dominant.az xəbər verir ki, bu gün Şahdağ Turizm Mərkəzinə istirahətə gələn şəxslər turizm mərkəzinə buraxılmayıb.

Orada olan vətəndaşların bildirdiyinə görə, onlardan içəri keçə bilmələri üçün hoteldə otaq götürmələri tələb olunur: “Mərkəzin girişində post qurulub, heç kim içəri buraxılmır. Ancaq hoteldə əvvəlcədən yer götürən şəxslər içəri buraxılır. Postda oturmuş mühafizəçilərin dediyinə görə, bu barədə onlara nazirlikdən tapşırıq verilib, ancaq hansı nazirlik olduğu açıqlanmır. Otelin əməkdaşları da gəlib bildirdilər ki, əgər içəri daxil olmaq istəyiriksə, onlayn şəkildə hoteldən otaq götürməliyik. Hoteldə ən ucuz otağın qiyməti 100 manatdır. İndi belə anlaşılır ki, biz təkcə içəri keçə bilmək üçün 100 manat ödəməliyik. İndiyə qədər belə halla qarşılaşmamışdıq, belə tələb olduğundan xəbərsiz idik. Əgər şərtləri dəyişmişdilərsə, vətəndaşlara bu barədə əvvəlcədən məlumat verilməliydi. Nə qədər yol qət etmişik bura gələnə qədər”.

Mərkəzə buraxılmayan insanların arasında müharibə əlliləri və şəhid ailələri də var. Onlar yaranmış xoşagəlməz vəziyyətə etiraz edirlər.

Yaranmış xoşagəlməz vəziyyətlə bağlı rəsmi məlumat almaq üçün Şahdağ Turizm Mərkəzinin aidiyyəti şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Təssüflər olsun ki, yığdığımız nömrələrin heç biri cavab vermədi.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »