Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda ictimai nəzarət ölüb və basdırılıb" - Deputat Prezidentin çıxışı barədə
Şuşa şəhəri

Fevralın 1-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibə zamanı məmurları sərt tənqid edib və ictimai nəzarətdən söz açıb.

İlham Əliyev vətəndaşlara deyib ki, "bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır".

"Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək",- deyə prezident bildirib.

İctimai nəzarət necə qurulmalıdır? Prezidentin çıxışından sonra hansı tədbirlər görüləcək?

Razi Nurullayev Razi Nurullayev

Millət vəkili Razi Nurullayev Bizimyol.info-nun suallarını cavablandırıb. Deputat bildirib ki, İctimai nəzarət vacib bir amildir. İctimai nəzarəti vətəndaşlar, ayrı-ayrı şəxslər, ictimai təşkilatlar, birliklər, veteran təşkilatları və s. ümumiyyətlə dövlət büdcəsindən vəsait almayan, neytral mövqeyi olan insanlar və təşkilatlar yerinə yetirməlidir.

“Azərbaycanda onlar varmı? Xeyr, yoxdur. Çünki Azərbaycanda bu fəaliyyəti həyəta keçirməli olanlar ictimai təşkilatlar olmalı idi. İctimai təşkilatlar isə bu gün müstəqil yerlərdən vəsait ala bilmir. Onları ya bir nazirlik müaliyyələşdirir, ya dövlət orqanları, ya da QHT-lərə dövlət dəstəyi fondu maliyyələşdirir. Bunların da hamısı dövlətin vəsaitləridir. Dövlətin vəsaiti, ayrı-ayrı komitələrin, nazirliklərin pulu ilə maliyyələşən təşkilatlar necə ictimai nəzarət həyata keçirdə bilər? Bu mümkün deyil.

Hər bir nazirliyin tərkibində həm də İctimai şuralar yaradılıb. Bu ictimai şuralar onların xərclərinə nəzarət etməli, həyata keçirdikləri layihələrin manitorinqini aparmalı, nazirə çətin suallar ünvanlamalı və o, planlaşmada iştirak etməlidir. İştirak edə bilirmi? Xeyr. Həmin təşkilatlar nazir gələn kimi ayağa qalxır, o nə desə əllərini qaldırırlar ya da endirirlər. Çünki onlar istədikləri adamları seçib yerləşdiriblər. Onun üçün də ictimai nəzarət mümkün deyil”.

Deputatın sözlərinə görə, ictimai nəzarət Azərbaycanda ölüb, məhv olub və basdırılıb. “Onun isə səbəbi müvafiq qanunvericiliyimizdir, çünki 2009-cu ildən 2014-cü ilə qədər qeyri-hökumət təşkilatları haqqında qanuna elə məhdudlaşdırıcı müddəalar tədbiq edilib ki, ictimai nəzarət bununla da yoxa çıxıb. Ayrı-ayrı təşkilatlar Azərbaycana qarşı aldığı vəsaitlərdən dövlətə qarşı istifadə edirdi. Həmin təşkilatlar hədəfə götürülsün və fəaliyyəti araşdırılıb, cəzalandırılsın. Amma bütöv Azərbaycanda ictimai nəzarəti həyata keçirən təşkilatlar cəzalandırıldı. Nəticədə isə ayrı-ayrı dələduz təşkilatlar, QHT-lər yaradıldı. Onlar da ayrı-ayrı nazirlikləri hədəfə götürdülər və pullarını alıb kənarda oturdular. Onun üçün də prezidentin dediyinə nəzarət etmək üçün birinci növbədə həmin o qanunvericiliyə dəyişiklik etmək və bütün təşkilatlara, vətəndaşlara ayrı müstəqil fondlardan pul almaq imkanı yaradılmalıdır ki, onlar heç kimdən asılı olmayaraq ictimai nəzarəti həyata keçirə bilsinlər”,- deyə deputat bildirib.

Leyla Mirzə

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »