Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hande Harmançı yeni təhlükələdən danışır, üçüncü dalğaya hazırıqmı?
Koronavirus, oksigen balonu, süni nəfəs aparatı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancının sözlərinə görə, dünyada koronavirusun insandan-insana yoluxma sürəti artıb. 50-70% civarında yoluxma sürətində artım müşahidə edilir koronavirusun yeni ştammı daha sürətlə yayılır və daha çox ölümə səbəb olur. Bu isə o deməkdir ki, pandemiya nəinki bitib, əksinə ortaya çıxan daha təhlükəli forması ilə insanları yoluxdurmağa davam edir.

Yeni ştamm hələlik Azərbaycanda qeydə alınmasa da, mütləq bura da gələcək. “ Cavanların yoluxma sayı kəskin aratacaq, ən çox ölüm haları isə yaşlılar arasında qeydə alınacaq”,- deyə o bildirib.

Hande Harmancı Hande Harmancı

Hələ ki, dünya ölkələri arasında pandemiya qadağalarının yumşaldılması müşahidə olunmur. Əksinə, bir sıra Avropa ölkələri yenidən sərtləşdirilmiş qaydalara başlayıb. Hamıdan uzun karantin müddəti yaşamış Azərbaycan isə məktəblərin açılmasına qərar verib. Biz II dalğanı uğursuzca başa vurmuş ölkə kimi, III dalğaya hazırıqmı? Bu qış biz dərman satışı ilə bağlı baş verən maxinasiyaları gördük, xəstəxanalarda yer çatışmazlığı, oksigen balonu uğrunda mübarizə, şəfa ocaqlarına sağ gedib, ölü qayıdan virus xəstələrini gördük. Daha sürətlə yayılan ştamm Azərbaycana gəlsə onsuz da bərbad gündə olan,imtahandan üzüağ çıxa bilməmiş səhiyyəmiz bunun qarşısını ala biləcəkmi? Söz yox ki, bir tərəfdən vaksinasiya başlayıb və daha müharibə ilə bağlı yaralılar da xəstəxanalarda yoxdular. Bunlar işin yaxşı cəhəti. Hər bir halda mən məktəblərin fevralda deyil, mart ayında açılmasına tərəfdar idim. Onsuz da bütöv bir ili itirmişik. Bizə dəyən dəyib. Hesb edirəm ki, yoluxma sayının yeni-yeni ikirəqəmli limitinə düşməsi bizə rahatlaşmaq imkanı verməməlidir. İş yerləri açılır-açılsın. Onsuz da əhali koronavirusdan çox, aclıqdan, kasıblıqdan, imkansızlıqdan qorxur. Yüksək gərginlik, depressiv əhval- ruhiyyə, sosial partlayış həddinə gəlib. Biz bəlanın birini atlatmadan ÜST yeni-yeni qorxulu proqnozlarla təhdid edir. Görünən odur ki, yeni dünya bizi tez- tez qapanmalara hazırlayır və biz deyəsən əvvəlki kimi yaşaya bilməyəcəyik.

Amma bir sual da beynimiz heç narahat etmir deyil.əcəba koronavirusun ölkə boyu tüğyan etdiyi zamanda cəbhədə çiyin-çiyinə səngərdə yatan oğullarımız niyə yoluxmadılar? Bu virus axı niyə kimlərinsə istədiyi yerdə var, istəmədiyi yerdə yoxdur? Niyə istəyəndə artır, niyə istəyəndə azalır? Ağıllı virusdur?

İlhamə

Paylaş »
››› Qarabağda doğulanların pasportuna Azərbaycan yazılmasına Ermənistan DİN-dən açıqlama
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Azərbaycanda qumar oyunları aktiv hala gələcək
››› “Dövlətin sahibkarlara dəstək imkanı yoxdur” - Qapanma yenidən başlayırmı…
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› Navalnının yerləşdirildiyi həbsxanaya məhkumlar “sındırılmaq” üçün göndərilir
Son xəbərlər
Bütün xəbərlər »