Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın partiyası: Ermənistana daha müharibə lazım deyil
Ermənistan parlamenti

Yerevanın rəsmi mövqeyi revanşist əhval-ruhiyyəni tamamilə istisna edir.

Virtualaz.org “Vestnik Kavkaza” nəşrinə istinadən bildirir ki, bunu "Vətəndaş Müqaviləsi" partiyasından deputat, Ermənistan parlamentinin xarici siyasət komitəsinin üzvü Anuş Beqloyan "Cənubi Qafqaz: yeni təhdidlər və yeni imkanlar" dəyirmi masasında bəyan edib.

O, Ermənistanda çoxlu sayda müxtəlif siyasi qrupların, onların arasında milliyyətçi qrupların da olduğunu, onların "hər şeyi dilə gətirə biləcəyini" söyləyib. "Lakin mən hamını hakim partiyanın, hakimiyyətin, XİN-in, Baş nazirin ofisinin, parlamentin - hansılar ki, açıq şəkildə bildirirlər: qisasçılıq və ya hər hansı hərbi əməliyyatlar Ermənistanın və erməni xalqının istədiyi şey deyil - bəyanatlarını dinləməyə çağırıram", - deputat vurğulayıb.

A.Beqloyan etiraf edib ki, Ermənistan mətbuatının monitorinqi nəticəsində hakimiyyətin revanşizm mövqelərində olduğu təəssüratı yarana bilər, lakin “bu tamamilə yanlışdır”.

Xarici siyasət komitəsinin üzvü, eyni zamanda, erməni xalqını "gələcəyə baxmağa", kimin və harada birinci, bu və ya digər ərazinin tarixən kimə məxsus olduğu barədə "əbədi müzakirələrdən" imtina etməyə çağırıb... O, izah edib ki, nəticədə məhz bu, müharibəyə gətirib çıxardı.

Deputat həmçinin bildirib ki, region ölkələri onun gələcəyi ilə bağlı bütün məsələləri müstəqil həll edə bilərlər, bunun üçün bütün iştirakçıların etibar etdiyi regional təhlükəsizlik strategiyasını işləyib hazırlamaq lazımdır.

"Bunun üçün bizə kənardan hər hansı qüvvələrin olması lazım deyil", - deyə siyasətçi fikrini yekunlaşdırıb.

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
››› Əsəb xəstəsi olan qadın oğlunu öldürdü
Son xəbərlər
Bütün xəbərlər »