Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət satınalmaları korrupsiya mənbəyidir: Məmurların işinə ictimai nəzarəti həyata keçirməyin qaydası - Hüquqşünas
Dövlət satınalmaları korrupsiya mənbəyidir: Məmurların işinə ictimai nəzarəti həyata keçirməyin qaydası - Hüquqşünas

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir sıra qurumların işğaldan yeni azad edilən Şuşa şəhərində nümayəndəliklərini açmaq istəməsinə mənfi münasibətini bildirib.

“İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz”, - deyə Prezident bildirib.

Prezidentin məmurları tənqid etməsinə səbəb olan məsələlər ictimai müzakirələrə səbəb olub. İctimaiyyət nümayəndələri məmur özbaşınalığına qarşı aparılan mübarizə zamanı məmurların maneələrilə üzləşdiklərini deyirlər.

Bəs, məmurların qeyri-qanuni fəaliyyətinə qarşı necə mübarizə aparmaq olar?

“Prezidentin verdiyi vəd ictimaiyyətin dövlət satınalmalarına nəzarət etməsi ilə bağlıdır. Prezident təsadüfən demədi ki məmurlar nə alırsa, nə tikirsə, bunlar dövlət hesabına edilir. Yəni öz ciblərindən tikmirlər. Bu da o deməkdir ki, onlar dövlət satınalmalarıdır. “Dövlət satınalmaları haqqında” qanun var. Bu gün dövlət qurumlarının əksəriyyəti satınalmaları qanuna əsasən həyata keçirmir. Satınalma qeyri-şəffaf keçirilir”.

Əkrəm Həsənov Əkrəm Həsənov

Bunu Bizimyol.info-ya hüquqşünas Əkrəm Həsənov bildirib.

Hüquqşünas qeyd edib ki, dövlət qurumları mal və xidmət alarkən ən səmərəli, ən keyfiyyətli və ucuz variant seçməlidirlər: “Həm qənaət olsun, həm də dövlətə göstərilən xidmət və aldığı mal keyfiyyətli olsun. Əksinə olmasın. Məmurlar dövlət satınalmalarını korrupsiya mənbəyinə çeviriblər. Aldıqları məhsul və xidmət nə keyfiyyətli olur, nə də ucuz”.

Ə.Həsənov məmurların qanunsuz fəaliyyətinə qarşı mübarizənin həll yolunu qeyd etdi: “Belə ki “Dövlət satınalmaları haqqında” qanuna əsasən hər ilin oktyabrın 15-ə qədər dövlət qurumları gələn il üçün satınalma planlarını dövlət satınalma portalında, e-tender.gov.az-da dərc etməlidirlər. Həmin prtala baxsaq, bu barədə məlumata az rast gəlmək olar.

“Dövlət büdcəsi haqqında” qanun qəbul olunandan sonra isə 10 günə qədər dövlət satınalma planalarına dəyişiklik etməlidirlər”.

Hüquqşünas bildirib ki, bir dövlət qurumunun il ərzində 5 min manatdan çox satınalma planı varsa, satınalma müsabiqə ilə keçirilməlidir: “Tender keçirilməlidir. Qiyməti 50 min manatdan çox olan satınalmanın tenderini isə açıq keçirməlidirlər. Yəni dövlət satınalma portalında tenerlərə uyğun təkliflər onlayn şəkildə olmalıdır. Bunu bütün qurumlar etmədiyi üçün xoşagəlməz hallar baş verir.

Məmurların əsas korrupsiya mənbələri dövlət satınalmalarıdır. Gəlin, hər birimiz dövlət qurumlarına müraciət edək: Hanı sizin dövlət satınalma planlarınız? Niyə yoxdur? Niyə eyni şeyi çox alırsınız? Dövlət satınalma portalına yerləşdirməlisiniz. Bunu biz edə bilərik. Harasa dövlət qurumu tikinti işi aparanda soruşaq ki bunun üçün tender keçirilibmi? Bu yolla biz Prezidentin səsinə səs verib ictimai nəzarəti həyata keçirə bilərik”.

Son xəbərlər
Bütün xəbərlər »