Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balıq tutmaq istəyən iki nəfər Kür çayında batıb
Batmaq - boğulmaq

İki nəfər həvəskar balıqçının Kür çayında batdığı güman edilir.

Bizimyol.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

FHN-in "112" qaynar telefon xəttinə 31.01.2021-ci il tarixdə Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

İlkin axtarış tədbirləri çərçivəsində 01.02.2021-ci il tarixdə Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »