Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşular arasında münaqişə: 71 yaşlı kişi baltalanıb
Balta ilə qətl

Fevralın 1-də saat 23 radələrində 1950-ci il təvəllüdlü Qurban Səfərova çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu, 1959-cu il təvəllüdlü Əli Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı baltanın küt hissəsi ilə baş nahiyyəsinə zərbələr endirməklə Qurban Səfərovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Əli Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »