Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın atəşkəsi pozdu: Bundan sonra nələr baş verəcək…
Erməni uşaqları döyüşə aparılır

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2 fevral tarixində saat 05:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Bizimyol.info-ya açıqlaması zamanı Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib ki, Ermənistan atəşkəs rejimini pozmaqla yalnız Azərbaycan və Türkiyəyə qarşı nümayişkaranə şəkildə öz təxribatçı sifətini göstərmir, eyni formada Rusiya sülhmərəmlılarına və dövlətinə qarşı getmiş olur.

Tural İsmayılov Tural İsmayılov

“10 noyabr sülh razılaşmasından sonra Ermənistan kapitulyasiyaya imza atdığı üçün erməni cəmiyyəti daxilində çox ciddi fikir ayrılıqları, etirazlar baş qaldırıb. Ümumiyyətlə Vətən müharibəsinə qədər Ermənistanda kövrək vəziyyətdə olan ictmai-siyasi münasibətlər sistemi, Azərbaycanın Qarabağda zəfərindən sonra daha da kulminasiya nöqtəsinə çatdı. Müharibədən əvvəl Paşinyana qarşı formalaşan müxtəlif siyasi fraksiyalar və qruplar artıq ona qarşı müqavimət hərəkatı yaradıblar. Təsəvvür edin ki, erməni lobbisi və erməni cəmiyyəti arasında nüfuza malik olan siyasətçilər, keçmiş Milli Təhlükəsizlik xidmətinin zabitləri, Vatikandakı keçmiş səfiri, Sarkisyanın kürəkəni Mikael Minasyan və digərləri vahid bir cəbhədə anti-Paşinyan kualisiyasında birləşiblər. Təbii ki, vəziyyət belə olduğuna görə, ölkə daxilindəki narazılıqdan, hakimiyyət çevrilişi qorxusundan fikri yayındırmaq üçün Ermənistan məğlub olsa da təxribat addımları atmağa davam edir.

Ermənistanın yeni təyin olunan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi, Ermənistan Xarici İşlər nazirliyinin Dağlıq Qarabağdakı Alban kilsələrinin tarixini saxtalaşdırmaqla bağlı etdikləri iyrənc cəhdlər heç bir nəticə vermədi və daxili auditoriyadakı narazılıq kollapsını yatırmadı. Ermənistan ölkə daxilindəki vəziyyətin gərginləşdiyini yaxşı başa düşür. Ona görə də, növbəti təxribatlara davam edir. Bu gün qeydə alınan atəşkəs pozulması ilk əvvəl 10 noyabrda imzalanan üç tərəfli bəyənatın müddəalarına ziddir. Düşünürəm ki, atəşkəs rejimini pozmaqla Ermənistan yalnız Azərbaycan və Türkiyəyə qarşı nümayişkaranə şəkildə öz təxribatçı sifətini göstərmir, eyni formada Rusiya sülhmərəmlılarına və dövlətinə qarşı getmiş olur”.

Tural İsmayılın sözlərinə görə, atəşkəslə bağlı vəziyyət bundan sonra da gərginləşərsə, Ermənistan növbəti dəfə atəşkəs rejimini pozarsa, danışıqlar masasında Azərbaycanın əlini gücləndirmiş olacaq.

“Onsuzda bizim ölkəmiz qalib ölkədir, torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan yalnız məğlubiyyətə uğramayıb, həm də ölkənin iqtisadi, siyasi sistemi çökmüş vəziyyətə gəlib. Demək olar ki, Ermənistanda iflic vəziyyətinə düşən iqtisadi münasibətlər sistemi süqut ərəfəsinə gəlib çatıb. Ona görə də, atəşkəsin pozulması və bundan sonra baş verəcək atəşkəs pozulmaları birbaşa Ermənistan dövlətinin daha da dalana dirənməsi ilə nəticələnəcək.

Cənab prezidentin təklif irəli sürdüyü 3+3 formatı bu gün region ölkələri tərəfindən böyük maraqla qarşılanır. İran Xarici işlər nazirinin ötən həftə Azərbaycana və regiona səfəri, Türkiyənin və Gürcüstanın bu məsələdə ortaya qoyduğu mövqe Azərbaycanın regional güc mərkəzinə çevrildiyini göstərir. Ermənistanın atəşkəsi pozması ilə bağlı həm Azərbaycandan, həm də digər region ölkələrindən sərt bəyənatlar veriləcək və bu davamlı xarakter alarsa, Ermənistanın birdəfəlik dövlətçilik təməllərinin süquta uğraması prosesi baş verəcək”.

Leyla Mirzə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »