Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş terapevt koronavirus vaksininin yan effektləri barədə danışdı
Baş terapevt koronavirus vaksininin yan effektləri barədə danışdı

“Koronavirusa qarşı vaksinasiya olunduqdan sonra qripə bənzəyən simptomlar yaranır, buna diqqət etmək lazımdır”.

Bizimyol.info xəbər verir ki, bu sözləri Rusiyanın 1-ci kanalının efirindən ölkənin Səhiyyə Nazirliyinin Baş terapevti Oksana Drapkina səsləndirib.

Onun sözlərinə görə, yan effektlər ilk sutkalar ərzində görünür, lakin qorxmaq üçün əsas yoxdur.

“Bundan qorxmaq lazım deyil. Qripə bənzər hallar, zəifləmə, əzələ ağrıları yuxululuq, temperatur yüksəlməsi8mümkündür. Nadir hallarda vaksinasiyadan sonra insanlarda temperatur 39 dərəcədən çox ola bilər. Əsasən 38 dərəcə olur. Bu dərəcədən yüksək olarsa, parasetamol tabletkası tövsiyə edirik. Bu hallarda heç yerə kömək üçün qaçmaq lazım deyil”,- deyə həkim bildirib.

Xatırladaq ki, rusiyalılar “Sputnik- V” vaksinindən istifadə edirlər. Preparat Rusiya ilə yanaşı, Belorus, Argentina, Macarıstan, Serbiya, Boliviya, Əlcəzair, Fələstin, Venesuela, Paraqvay və Türkmənistanda tətbiq olunur.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »